• Mannılı halva resepti

Reseptin məlumatları Baxış sayı: 8 000

Tarix : 27-11-2017, 12:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1/2 st. irmik (mannı yarması)
1 st. süd
1/2 st. şəkər tozu
125 qr. kərə yağı
10 qoz
10 ağ kişmiş
10 qara kişmiş
5 ədəd fıstıq (badamda ola bilər)
1/2 ç.q. darçın
hil

Hazırlanması:
1.Südü və şəkər tozunu bir qazana əlavə edib qaynadırıq.
2.Qalın tavada yağı əridirik. İçinə irmik əlavə edirik. Üstünə doğranmış qozu əlavə edirim.Az xodda təxmini 30-40 dəqiqə qarışdıraraq bişiririk.
Rəngi dəyişəndə və gözəl ətir gələndə demək ki, hazırdır.
3.Kişmiş, darçın, hil əlavə edirik və hamısını yaxşı qarışdırırıq. Tavanın altını söndürürük.
4.Hazır olan şəkərli südü irmiyin üstünə yavaş yavaş töküb tez-tez qarışdırırıq.
5.Hazır halvanı istədiyiniz qaba yığıb soyuduruq. Soyuyanda başka qaba çeviririk və bu formanı alırıq.
6.Halvanın üstünü fıstıqla və ha badamla bəzəyin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, Hazır, yavaş, edirik, irmik, darçın, qarışdırırıq, kişmiş, şəkər, altını, töküb, yaxşı, üstünə, irmiyin, halvanı, Tavanın, şəkərli, söndürürük, soyuduruq, üstünü
BİZİ İZLƏYİN