• Atayef resepti

Reseptin məlumatları Baxış sayı: 17 106

Tarix : 28-09-2014, 20:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Atayef şirniyyatı ərəb mətbəxinin ən gözəl şirniyyatlarından biridir.

Tərkibi:
2,5 st. un
3 st. isti su
1 paket quru maya (50 q)
1/2 ç.q. soda

Şərbət üçün:
1,5 st. şəkər tozu
1 st. su
2 ç.q. portağal və ya gül suyu (essensiyalar)
2 ç.q. limon şirəsi

Krem üçün:
2 st. süd
4 dilim ağ toster çörəyi
4 q. qarğıdalı nişastası
1 ç.q. gül suyu
1 ç.q. portağal suyu
2 x.q. şəkər tozu (bunsuz da olar)
100 q fıstıq

Hazırlanması:
Krem: toster çörəyinin qıraqlarını kəsin, 1 stəkan süddə isladın, 1 stəkan südlə isə qarğıdalı nişastasını qarışdırın.
Çörək yaxşıca islanandan sonra buraya şəkər tozu da əlavə edib ocağın üstünə qoyun. Daim qarışdırın, buxarlanmağa başlayanda süddə əritdiyiniz nişastanı əlavə edin. Qatılaşanacan qarışdırın. Sonra ocaqdan götürün, gül və portağal suyu (esensiyaları) əlavə edin. Soyudun, 20 dəqiqə soyuducuda saxlayın. Qatı krem alınacaq.

Şərbəti də əvvəlcədən hazırlamaq lazımdır: qazanda şəkər tozu ilə suyu qarışdırın (qatı şərbət xoşlayırsınızsa, şəkəri bir az artıq götürün), 10 dəqiqə qaynadın, sona yaxın limon şirəsi (yaxud 1 dilim limon), gül və portağal esensiyaları əlavə edin.

Atayef: isti suda quru mayanı əridin, az-az un əlavə edərək qarışdırın, sonra soda əlavə edərək 15 dəqiqə çəngəllə çalın (duru xama qatılığında xəmir alınacaq).

Yağsız tavaya bir xörək qaşığı olmaqla xəmirdən yayıb bişirin (təxminən 5 sm diametrli dairələr alınır).

Yalnız bir tərəfini bişirin. Üstü quruyub «çuxurlar» əmələ gələnədək qızardın, tavadan götürün, taxtanın, yaxud mətbəx dəsmalının üstünə düzün.

Hər blinçikin ortasına azca krem qoyaraq bir tərəfini iki barmağınızla tutaraq bir-birinə sıxıb birləşdirin (kala gülünün formasını alacaq).

Bıçaqla fıstıqları doğrayın. Atayeflərin kremli tərəfini fıstığa batırın. Sonra boşqablara düzün.
Şərbət ayrıca fincanda verilir. Yeyərkən hər atayefin üstünə şərbət tökülür.

Atayefin üstünə mürəbbə də qoya bilərsiniz.
Atayef resepti

Atayef resepti

Atayef resepti

Atayef resepti

Atayef resepti


Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, şəkər, portağal, üstünə, limon, dəqiqə, götürün, tərəfini, Atayef, düzün, şərbət, alınacaq, sonra, süddə, stəkan, yaxud, toster, edərək, bişirin
BİZİ İZLƏYİN