• Gülab-cəmun resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 743

Tarix : 7-10-2014, 20:00

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
500 q şəkər tozu
850 ml su
1/2 ç. q. gül suyu
100 q quru süd
2 x. q. un
1/2 ç. q. soda
1 x. q. mannı yarması
2 x. q. ərinmiş yağ
1 st. süd
qızartmaq üçün yağ

Hazırlanması:
Quru südü soda, un, mannı yarması və ərinmiş yağla qarışdırın.
Gülab-cəmun resepti - FOTO RESEPT


Süd əlavə edin, taxta qaşıqla qarışdırın.
Gülab-cəmun resepti - FOTO RESEPT


Sonra qarışığı masanın üstünə qoyub eynicinsli kütlə alınanadək yoğurmağa başlayın. Lazım gələrsə, süd əlavə edin.
Gülab-cəmun resepti - FOTO RESEPT


Xəmiri 24 bərabər yerə bölün (təxminən ərik boyda).
Gülab-cəmun resepti - FOTO RESEPT


Kündə tutun.
Gülab-cəmun resepti - FOTO RESEPT


Yağı tavaya töküb orta odda qızdırın.
Gülab-cəmun resepti - FOTO RESEPT


Kündələri qızardın, amma hamısını birdən yağa töküməyin - yoxsa yağ soyuyar və xəmirə hopar.
Gülab-cəmun resepti - FOTO RESEPT


Kündələr qızılı rəng alanda onları kəfkirlə çıxarıb salfetin üstünə düzün ki, yağını çəksin.
Gülab-cəmun resepti - FOTO RESEPT


Qazançaya su və şəkər tozu töküb orta itilikli ocağa qoyun. Daim taxta qaşıqla qarışdırın.
Gülab-cəmun resepti - FOTO RESEPT


Şəkər tam əriyənədək qarışdırın, vam odda 10-15 dəqiqə bişirin.
Gülab-cəmun resepti - FOTO RESEPT


Şərbət qatılığına düşəndə gül suyu əlavə edin.
Gülab-cəmun resepti - FOTO RESEPT


Bütün qızarmış kündələri qazançadakı şərbətə salın.
Gülab-cəmun resepti - FOTO RESEPT


Gülab-cəmun resepti - FOTO RESEPT


Ocağı artırın, qaynara düşənədək bişirin.
Gülab-cəmun resepti - FOTO RESEPT


Kündələri kəfkirlə çıxarın.
Gülab-cəmun resepti - FOTO RESEPT


Boşqaba yığıb soyudun.
Gülab-cəmun resepti - FOTO RESEPT


Süfrəyə verərkən nanə yarpağı ilə bəzəyə bilərsiniz.
Gülab-cəmun resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, töküb, qaşıqla, Kündələri, üstünə, bişirin, mannı, taxta, kəfkirlə, ərinmiş, şəkər, yarması, əriyənədək, dəqiqə, Şərbət, qatılığına, düşəndə, Şəkər, çəksin
BİZİ İZLƏYİN