• Dilbər dodağı resepti

Reseptin məlumatları Baxış sayı: 34 552

Tarix : 23-10-2014, 18:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 yumurta
1 yumurtanın sarısı
1,5 qəhvə fincanı süd
3 x.q. bitki yağı
1 çimdik duz
1 x.q. sirkə
un

Yaymaq üçün:
buğda nişastası

İç üçün:
qoz (fındıq)
yumurta ağı
darçın
şəkər tozu

Üstü üçün:
100 q kərə yağı və ya marqarin

Şərbət üçün:
2 st. şəkər tozu
1,5 st. su
3-4 damcı limon suyu

Hazırlanması:
Şərbət üçün olan ərzağı bir qazanda qarışdırıb, qaynadıb soyudun.

Xəmir üçün olan duru ərzağı qarışdırın, sonra un və duz əlavə edib xəmir yoğurun. Xəmir ələ yapışmamalıdır. 10 kündəyə bölün.

Çörək taxtasının üzərinə buğda nişastası səpərək hər kündəni desert boşqabı boyda yayın. Sonra aralarına nişasta səpməklə bu boşqab boyda lavaşları üst-üstə yığıb oxlovla tava böyüklüyündə yayın.

İç üçün olan ərzaqları qarışdırın.

Stəkanın köməyilə xəmirdən dairələr kəsin, içinə iç qoyub xəmirə dodaq şəkli verib siniyə düzün.

Bir tavada kərə yağını və ya marqarini qaynara düşənə qədər əridin. Qaşıqla «dodaqların» üzərinə gəzdirin.

170 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin (30-35 dəqiqə).

Hazır olandan sonra bir az istiykən üzərinə soyudulmuş şərbəti tökün.

Nuş olsun!
Etiketlər: Xəmir, üzərinə, şəkər, yayın, nişastası, Şərbət, ərzağı, sonra, qarışdırın, buğda, qədər, boyda, yumurta, düzün, siniyə, tavada, köməyilə, Stəkanın, yağını, ərzaqları
BİZİ İZLƏYİN