• Küncütlü rəvani resepti

Reseptin məlumatları Baxış sayı: 30 796

Tarix : 2-06-2014, 05:32

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
4 ədəd yumurta
1 su stəkanı toz şəkər
1 qəhvə fincanı mineral su
1 qəhvə fincanı duru yağ
1 qəhvə fincanı manna yarması
2 su stəkanı un
1 paket vanil
1 paket qabartma tozu
1 ədəd limonun rəndələnilmiş qabığı
1 su stəkanı su
1 çay qaşığı kərə yağı
1 çay stəkanı küncüt

Şərbəti üçün:
3 su stəkanı toz şəkər və su
3 damla limon suyu

Hazırlanması:
Dərin bir qabda yumurta, toz şəkər, mineral su, duru yağ və manna yarmasını çırpın. Ələnmiş un, vanil və qabartma tozunu əlavə edib, qarışdırın. Rəndələnilmiş limon qabığını qatın. Kərə yağı ilə orta böyüklükdəki soba qabını yağlayın. Qarışığı boşaldın və üzərinə küncüt səpin. Əvvəldən isidilmiş 175 dərəcə sobada üzəri qızarana qədər bişirin. Sobadan çıxarana yaxın üzərinə 1 su stəkanı su gəzdirin və təkrarən 5 dəqiqə bişirin.
Şərbət üçün toz şəkər və suyu qaynadın. Limon suyu əlavə edib, bir daha kaynadın və soyudun. İsti şirniyyatın üzərində gəzdirin.

Nuş olsun!
Etiketlər: stəkanı, şəkər, fincanı, qəhvə, gəzdirin, qabartma, bişirin, küncüt, limon, vanil, əlavə, yumurta, paket, manna, üzərinə, mineral, qədər, qızarana, Əvvəldən, Sobadan
BİZİ İZLƏYİN