• Malatya pendir halvası resepti

Reseptin məlumatları Baxış sayı: 15 170

Tarix : 21-04-2016, 23:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q təzə duzsuz keçi və ya qoyun pendiri
1 st. şəkər tozu
3 x.q. buğda nişastası
1 ç.q. kərə yağı
1 ovuc badam
darçın

Hazırlanması:
Təzə pendiri əlinizlə xırdalayın. Nişasta əlavə edib yaxşıca qarışdırın, lopalar qalmasın. Tefal tavada kərə yağını əridin. Pendir və nişasta qarışığını əlavə edin, vam odda, taxta qaşıqla döyə-döyə qarışdırın. Saralınca şəkər tozunu əlavə edin. Daha 5 dəqiqə bişirin. Badamları çox az yağla qovurub sonda halvaya əlavə edin.
Halvanı isti-isti boşqaba çəkmək olar. Soyudub, xırda kürələr hazırlamaq da olar.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, pendiri, qarışdırın, Badamları, qovurub, yağla, bişirin, tozunu, taxta, qaşıqla, Saralınca, dəqiqə, halvaya, xırda, kürələr, hazırlamaq, olsun, Soyudub, çəkmək
BİZİ İZLƏYİN