• Çələbi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 36917

Tarix : 2.06.2014, 12:12

Bölmə : Şərbətli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Hind mətbəxindən çələbinin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:
0,5 st. buğda unu
0,5 st. mannı yarması
1 çimdik zəfəran
1 x.q. limon şirəsi
3-4 x.q. qəhvəyi şəkər tozu
bitki yağı (qızartmaq üçün)
200 q yulaf lopası (yaxud 1 st. qarışıqsız yoqurt)

Hazırlanması:
Əvvəlcə "yulaf südü" hazırlayın. Bunun üçün yulaf lopasının üzərinə 1,5 l su töküb bir gecə saxlayın. Sabahı gün cunadan süzün. 1 st. yulaf südü gərək olacaq.

Mannı və unu qarışdırın, duz, 1 x.q. bitki yağı, az-az yulaf südü əlavə edin. Xəmir duru olmalıdır. Yulaf südü yerinə yoqurt götürə bilərsiniz.
Çələbi resepti - FOTO RESEPT

Tavada bitki yağını qızdırın. Konditer şprisinə xəmiri doldurun, xırda ucluq taxın.
Çələbi resepti - FOTO RESEPT

Qızmış yağa xəmiri spiral formasında salın. Bunu sürətlə etmək lazımdır.
Çələbi resepti - FOTO RESEPT

Hər iki üzünü qızılı rəng alanadək qızardın.
Çələbi resepti - FOTO RESEPT

Zəfəran şərbəti: 1 çimdik zəfəranın üzərinə yarım stəkan qaynar su töküb dəmləyin. Süzün, 1 x.q. limon şirəsi və qəhvəyi şəkər əlavə edin. Qarışdırın.
Çələbi resepti - FOTO RESEPT

Calebiləri bu şərbətə batırın.
Çələbi resepti - FOTO RESEPT

Nuş olsun!

Etiketlər: yulaf, bitki, şəkər, qəhvəyi, şirəsi, üzərinə, xəmiri, əlavə, töküb, limon, yoqurt, çimdik, Qızmış, taxın, ucluq, spiral, formasında, sürətlə, salın, xırda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Vuu
Çələbi hind mətbəxinin ən dadlı şirniyyatlarından biridir, ən asan hazırlanan bir şirniyyatdır, ailəliklə çox bəyənirik
12 noyabr 2014 20:15
1
BİZİ İZLƏYİN