• Gəncə halvası resepti

Reseptin məlumatları Baxış sayı: 21 635

Tarix : 28-06-2015, 22:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qr. kərə yağı
8-10 qaşıq un
2 stəkan şəkər
1 stəkan su
zəfəran
duz

Hazırlanması:
Gəncə halvası hazırlamaq üçün gecədən zəfəran dənələrini yarım stəkan soyuq suyun içinə qoyun ki, rəng versin
Yağı qazanda əridin
Üzərinə un və bir çimdik duz əlavə edərək taxta qaşıqla qarışdırıb qovurun.
Ayrı bir qaba şəkər tozunu üstünə qaynar su əlavə edərək şəkəri əridin və zəfəran suyunu əlavə edin.
Halva yağa düşənə qədər (yağı buraxmağa başlayana qədər) qovurun, rəng dəyişdirməyə başlayanda üstünə şərbəti əlavə edin və su çəkilənə qədər qarışdırın.
Halvanı boşqablara yayıb bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, zəfəran, stəkan, qədər, edərək, əridin, üstünə, qovurun, şəkər, Halva, düşənə, şəkəri, qaynar, buraxmağa, suyunu, dəyişdirməyə, boşqablara, yayıb, bəzəyin, olsun
BİZİ İZLƏYİN