• Qozlu perçem şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 759

Tarix : 1-08-2015, 10:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 paket paxlava yuxası,
150 q kərə yağı,
2 su stəkanı əzilmiş qoz,
3 su stəkanı şəkər tozu,
2 su stəkanı su,
4-5 damcı limon suyu,

Hazırlanması:
Əvvəlcə şəkər və suyu bir qazanda orta atəşdə qaynadın.
Qaynadıqdan sonra atəşi azaldın.
Bu şəkildə daha 10 dəqiqə qaynadın.
Qaynatdıqdan sonra qatılaşmışdırsa üzərinə limon suyu damcıladın
Bir az daha qaynatdıqdan sonra ocağı söndürüb şərbəti soyumağa qoyun.
Şərbət soyuduğu müddətdə paxlava yuxalarını hazırlamağa başlayın.
Hazır yuxaları dəzgaha tək-tək sərdikdən sonra əritdiyimiz kərə yağını yuxaların üzərinə normal qaydada sürtün.
Kərə yağını yaxdıqdan sonra əzilmiş qozu yuxaların üzərinə səpin.
Arzuya görə yuxaları boxça halına salacaq şəkildə büzün və açılmaması üçün S şəklinə gətirin.
Yuxaların arxa hissələrinə də kərə yağı sürtün və əvvəlcədən qızdırdığınız fırında üzəri qızarana qədər bişirin.
Bişən yuxaları fırından çıxardın və soyuq şərbəti yavaşca yuxaların üzərinə töküb sonra servis edin.

Nuş olsun!
Etiketlər: sonra, üzərinə, yuxaları, yuxaların, stəkanı, şəkildə, qaynadın, limon, sürtün, yağını, paxlava, əzilmiş, şəkər, şərbəti, gətirin, büzün, salacaq, şəklinə, səpin
BİZİ İZLƏYİN