• Paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 26 057

Tarix : 20-07-2015, 22:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
süd – 1 stəkan,
yumurta – 1 ədəd ,
kərə yağı – 100 qr,
quru maya – 1 çay qaşığı ,
şəkər tozu – 1 xörək qaşığı,
un – 1 kq(xəmirə 700 qr-a kimi sərf olunacaq, yerdə qalanı yayma zamanı istifadə olunur),

Paxlava İçlik üçün:
Xırdalanmış qoz, fındıq və ya badam -1 kq (çox kiçik olmamalıdır),
Narın şəkər tozu – 1 kq,
Üyüdülmüş un formasında hil – 3-4 çay qaşığı,
Üyüdülmüş un formasında muskat cevizi – 1/2-1 çay qaşığı,
vanil – zövqə görə,

Şərbət və yağ:
kərə yağı – 400 qr.
bal – 2 xörək qaşığı (və ya şəkər siropu – 2 xörək qaşığı şəkər tozu + su+ sarı zəncəfil),
Əlavə – 2 yumurta sarısı,
zəfəran – 1 çay qaşığı (2 xörək qaşığı qaynar suda dəmləyin),
48-54 sm diametrli 2 forma ,

Hazırlanması:
Paxlavanı hazırlamaq üçün bütün ərzaqları qarışdırıb qatı xəmir yoğurun. Paxlava xəmirinin acıması üçün 30 dəqiqə isti yerdə saxlayın.
Qozu qozçəkən maşınında xırdalayıb şəkər tozu, hil, muskat cevizi və vanillə qarışdırın.
Paxlava xəmirini iki yerə bölün
Birinci hissəni 12 kündəyə ayırın, kündələrdən 2-ni (ilk və sonuncu qat üçün) digərlərindən böyük edin.
Formanı yağlamaq lazım deyil, sadəcə azca unlayın.
İri kündələrdən birini yayıb formanın dibinə sərin. Xəmirin üstünə 3-4 xörək qaşığı iç səpib bərabər yayın.
Kiçik kündələri bir-bir bacardığınız qədər nazik yayıb formaya sərin.
Xəmirin uclarını formanın divarlarına yapışdırın.
Paxlavanın keyfiyyəti layların nazikliyi ilə ölçülür. Üzərinə iç səpin.
Prosesi kündələr bitənədək davam edin.
Nazik laylar cırılarsa, çəkinmədən istifadə edin, bişdikdən sonra hiss olunmayacaq.
Sonda ehtiyatla böyük kündəni yayıb paxlavanın üstünə sərin.
Xəmiri barmağınızla bıçağın hər iki tərəfindən tuta-tuta paxlavanı romb formasında doğrayın. Kəsərkən bıçağı paxlavanın dibinə kimi aparın.
Hər paxlava rombunun ortasına yarım ədəd qoz (fındıq, badam) tərkibindən asılı olaraq basın.
Üstdən fırça ilə zəfəranlı yumurtalı qatışıqdan çəkin.
180 dərəcə qızdırılmış sobada 15 dəqiqə, yumurta quruyana kimi bişirin.
Sobadan çıxarıb ehtiyatla 200 qr. əridilmiş yağ tökün.
Yenidən sobaya qoyub 25-30 dəqiqə, qızarana kimi bişirin.
Sonuncu dəfə çıxarıb paxlavanın üzərinə 1 stəkan əridilmiş bal və ya şərbət gəzdirin.
Şərbəti bərabər tökmək əsas nüanslardan biridir. Yenidən sobaya qoyub 5 dəqiqə bişirin.
Paxlavanı çıxarıb soyudun.
İsti-isti yenidən bıçaqla sərhədləri kəsin.
Bu ərzaqlarla sizdə 2 forma paxlava, hərəsində 25 ədəd alınmalıdır.
Sərin yerdə 1 aya kimi saxlamaq olar.

Nuş olsun!
Etiketlər: qaşığı, şəkər, xörək, dəqiqə, çıxarıb, yumurta, paxlavanın, yayıb, sərin, bişirin, Paxlava, formasında, yerdə, istifadə, ehtiyatla, cevizi, qoyub, formanın, üstünə, dibinə
BİZİ İZLƏYİN