• Südlü irmik şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 21 525

Tarix : 19-07-2015, 20:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 stəkan süd,
1 stəkan irmik,
1 stəkan şəkər,
1 qaşıq kərə yağı,
1 paket vanilin,

Bəzəmək üçün:
Döyülmüş fındıq,
Yarım çay qaşığı duz,
Püf nöqtəsi:
Südlü şirniyyatlar bişirərkən bir çimdik duz atın ki xoş dadı olsun.

Hazırlanması:
4 stəkan ilıq südə irmiyi tökün.
Qarışdıraraq bişirin.
Şəkərini tökün.
Kərə yağını, duzu və vanilini də əlavə edib qarışdırın.
Qaynayana qədər qarışdırın.
Qaynadıqdan sonra göz-göz olubsa bişmiş hesab olunur.
Kasalara töküb döyülmüş fıstıqla bəzəyin.
Soyuduqdan sonra soyuducuya qoyun.
Soyuq halda servis edin.

Nuş olsun!
Etiketlər: stəkan, olsun, sonra, tökün, qarışdırın, olubsa, bişmiş, hesab, əlavə, Qaynayana, olunur, Qaynadıqdan, qədər, Kasalara, qoyun, Soyuq, halda, servis, soyuducuya, Soyuduqdan
BİZİ İZLƏYİN