• Bahar gülü resepti

Reseptin məlumatları Baxış sayı: 18 843

Tarix : 19-08-2015, 14:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 su stəkanı un,
1 çay stəkanı şəkər pudrası,
1 ədəd yumurta,
Yarım paket vanilin,
75 q otaq temperaturunda marqarin,

Içi üçün:
4ədəd qoz içi,
1 alma,
1 çay qaşığı darçın,
1 şorba qaşığı şəkər tozu,

Hazırlanması:
Un pudra şəkəri, marqarin, yumurta, vanilini yaxşı –yaxşı yoğurun.
Xəmiri 3 iri kündəyə ayırıb əlinizdə yuvarlayın.
Daha sonra əlinizlə üzərindən basdıraraq yastılayın.
Xəmirləri kənarlarından dartaraq uzadın.
Ayrı bir yerdə rəndələnmiş alma,əzilmiş qoz,darçın qarışdırın.
Xərci xəmirlərin ortasına yığıb xəmirləri üst-üstə yerləşdirin.
Rulon şəklində bükün.
Rulonu ikiyə bölün.
Yağlanmış fırın tabağına yığın.
Əlinizlə xəmirlərin üstdə qalan kənarlarından çölə doğru bükərək gül forması verın.
Əvvəlcədən 150 dərəcə qızdırılmış fırında 30 dəqiqə bişirin.
Isti halda servis edin.

Nuş olsun!
Etiketlər: darçın, qaşığı, marqarin, kənarlarından, yumurta, stəkanı, şəkər, xəmirlərin, ikiyə, Rulonu, Yağlanmış, tabağına, fırın, bükün, bölün, Rulon, yığıb, ortasına, xəmirləri, yerləşdirin
BİZİ İZLƏYİN