• Şəkərparə resepti

Reseptin məlumatları Baxış sayı: 26 760

Tarix : 18-08-2015, 14:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 10-12


Tərkibi:
Xəmir üçün:

5 stəkan un
1,5 stəkan şəkər pudrası
1 çay qaşığı qabartma tozu
2 ədəd yumurta
125 qram marqarin
125 qram kərə yağı
100 qram irmik
1,/ stəkan fıstıq

Şərbət üçün:
5 stəkan su
1 kiloqram şəkər
1/4 limonun suyu

Hazırlanması:
Şəkərparə bişirmək üçün əvvəlcə un, qabartma tozu, pudra şəkər birlikdə ələkdən keçirilərək ələnir.

Bunların üzərinə irmik əlavə olunur.

Hamısı birlikdə qarışdırılır. Təpəcik yaradılır.

Təpəciyin ortası “hovuz” açılır, oraya yumurtalar qırılır.

Kərə yağı və marqarini otaq temperaturunda əl ilə yumşaldıb “hovuz”a əlavə edilir.

Bütün materiallar qarışdırılaraq qulaq ucu yumşaqlığında xəmir hazırlanınr.

Fırın sinisi yüngülcə yağlanır.

Hazırlanan xəmirdən qoz böyüklüyündə kündələr kəsilir, şəkilləndirilir və yağlı siniyə səliqə ilə düzülür.

Hər bir kündənin üzərinə fıstıq qoyulur.

Duxovka əvvəlcədən 160 dərəcəyə isidilir.

Sini 160 dərəcə isidilmiş fırına yerləşdirilir. Burada şəkərparə təqribən 50 dəqiqə bişirilir.

Şirniyyat bişərkən şərbət hazırlanır.

Şərbətin hazırlanması:
Su, şəkər və limon suyu qarışdırılır, orta qatılıqda bir səviyyəyə gələnə qədər qaynadılır.

Duxovkadan çıxan isti şəkərparə üzərinə isti şərbət əlavə edilir və soyuması üçün gözlədilir.

Şəkərparə süfrəyə soyuq halda servis edilir

Nuş olsun!
Etiketlər: stəkan, şəkər, üzərinə, edilir, əlavə, fıstıq, Şəkərparə, birlikdə, irmik, qarışdırılır, şəkərparə, şərbət, qabartma, isidilir, təqribən, dərəcə, Burada, yerləşdirilir, fırına, isidilmiş
BİZİ İZLƏYİN