• Qozlu un halvası resepti

Reseptin məlumatları Baxış sayı: 40 939

Tarix : 28-11-2015, 13:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
250 q.kərə yağ və ya marqarin,
2,5 su stəkanı un,
2,5 su stəkanı süd (1 stəkanı su ola bilər),
2 su stəkanı şəkər,
yarım su stəkanı qoz,
1 şirniyyat qaşığı damla saqqızı və ya 1 paket vanilin,

Hazırlanması:
Süd və şəkəri qaynatmadan bir qazanda qarışdıraraq şəkərin əriməsinə çalışın.
Damla saqqızını ya da vanilini içinə əlavə edin.
Ayrı bir qazandakərə yağını əridib içərisinə un əlavə edin.
Orta atəşdə davamlı qarışdırıb və taxta qaşığın arxası ilə əzərək qovurun.
Un qəhvəyi rəngi olduğunda qozu əlavə edib 5 dəqiqə daha qovurun.
Qovurma bitdikdən sonra şəkərli südü yavaş- yavaş töküb qarışdırmaya davam edin.
Diqətli olun ki əliniz yanmasın.
Taxta qaşığın arxasıyla əzərək qarışdırmaya davam edin. Qozlu un halvası südü tamamən çəktiyindəqazanın qapağını qapadıb ocaqdan alın.
10 dəqiqə dincə qoyduqdan sonra qozlu un halvası şəkil verip servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, qarışdırmaya, halvası, sonra, dəqiqə, yavaş, davam, qovurun, qaşığın, Diqətli, töküb, bitdikdən, rəngi, olduğunda, Qovurma, əliniz, şəkərli, Taxta
BİZİ İZLƏYİN