• Helatiyə resepti

Reseptin məlumatları Baxış sayı: 15 849

Tarix : 13-05-2016, 17:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Muhalləbisi üçün:

1 su stəkanı süd,
1 su stəkanı su,
1 su stəkanı pudra şəkəri,
20 q damla saqqızı,
2 şorba qaşığı qarğadalı nişastası,
1 şorba kaşığı un,

Bəzəmək üçün:
2 şorba qaşığı badam,
2 şorba qaşığı Antep fıstığı,
1 kasa qarışıq meyvə (ananas, nar dənələri,
şaftali),
Təzə nanə yarpaqları,

Şərbəti üçün:
4 su stəkanı su,
3,5 su stəkanı toz şəkər,
Yarım su stəkanı gül suyu

Hazırlanması:
Şərbəti üçün:

Şəkəri, suyu və gül suyunu qarışdırın.
Orta atəşdə, qatı hala gələnədək qaynatdıqdan sonra ocaqdan alın və soyumaya qoyun.

Mühalləbisi üçün:
Bütün ərzaqları sos qazanına alın.
Vam odda , mühəlləbi qatılığına gələnə qədər bişirin.
Ocaqdan alın.
Mühalləbiyi tökəcəyiniz siniyi fırça yardımı ilə duru yağla yağlayın.
Mühalləbinin qalınlığını ən azından 1sm olacaq şəkildə tökün.
Muhalləbiyi sərtləşənə qədər soyumaya buraxın.
Soyuyunca kvadrat şəklində kəsin.
Soyuyan qatı şərbəti servis edəcəyiniz kasalarin üçdə biri dolduracaq şəkildə tökün.
Kvadrat şəklində kəsilmiş mühalləbi parçalarını da bu şərbətin içinə atın.
Şirniyyatı təzə nanə yarpaqları, Antep fıstığı içi, qovrulmuş badam və küp doğranmış mövsüm meyvələri ilə dadlandırın.
Soyuq servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, şorba, qaşığı, tökün, şəkildə, fıstığı, yarpaqları, şəklində, servis, Şərbəti, Antep, soyumaya, badam, qədər, buraxın, yağla, Soyuyunca, kvadrat, fırça, yardımı
BİZİ İZLƏYİN