• Armud şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 363

Tarix : 27-12-2015, 20:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
3 armud,
1 fincan şəkər,
1 stəkan su,
1 şirniyyat qaşığı darçın

Hazırlanması:
Armudları soyub ikiyə bölün.
Çəkirdəklərini çıxardın.
Qazanın altına armud qabıqlarını düzün.
Üzərinə armudları yerləşdirin.
Şəkər, su və darçını da armudların üzərinə tökün.
Qazanın qapağını örtüb vam odda suyunu çəkənə qədər bişirin.
Bişdikdən sonra ocağın altını söndürün və soyumağa qoyun.
Evdə qaymaq və ya dondurma varsa, onlarla birlikdə servis edə bilərsiniz.
Istəyə görə hind qozu ilə də servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: servis, bilərsiniz, Qazanın, armud, sonra, Bişdikdən, ocağın, bişirin, suyunu, qapağını, örtüb, altını, çəkənə, qədər, soyumağa, onlarla, birlikdə, Istəyə, olsun, varsa
BİZİ İZLƏYİN