• Kərə yağlı quymaq resepti

Reseptin məlumatları Baxış sayı: 17 540

Tarix : 8-10-2015, 12:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
6 su stəkanı su,
2.5 su stəkanı buğda unu,
2 yemək qaşığı zeytun yağı,
Duz,
2 yemək qaşığı kərə yağı,

Hazırlanması:
Suyu dərin bir qazana töküb qaynadın.
Duzunu və yağını əlavə edin.
Qaynayan suya ələnmiş unu töküb taxta qaşıqla sürətli qarışdırın.
10 dəqiqəyə yaxın xəmiri vam atəşdə bişirin.
Bişən xəmiri geniş bir servis tabağına alıb ortasını açın.
Qızdırılmış yağı və qırmızı bibəri xəmirin ortasına tökün.
Bir parça xəmirdən alıp ortadaki yağa batıraraq yeyin.

Nuş olsun!
Etiketlər: qaşığı, töküb, stəkanı, yemək, xəmiri, tabağına, ortasını, Qızdırılmış, servis, geniş, Bişən, qırmızı, atəşdə, bişirin, xəmirin, ortadaki, batıraraq, yeyin, xəmirdən, parça
BİZİ İZLƏYİN