• Yumurtalı un halvası resepti

Reseptin məlumatları Baxış sayı: 17 926

Tarix : 8-06-2014, 11:22

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
125 qr kərə yağı
1/2 su stəkanı zeytun yağı
1 ədəd yumurta sarısı
1,5 su stəkanı toz şəkər
2 su stəkanı süd
3 su stəkanı un

Hazırlanması:
Kərə yağı və zeytun yağını qazana qoyub unu əlavə edib az odda unun qoxusu çıxıb rəngi dəyişənə qədər qovurun. Yumurta sarısı və südü çırpıcı ilə çırpıb tel süzgəcdən keçirin. Qovrulan una südü əlavə edib sürətli qarışdırıb südü qovrulan una yedirib şəkərini əlavə edib ocaqdan götürün.
Qazanın qapağını bağlayıb 20dəq gözlədib isti olaraq servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, zeytun, sarısı, şəkərini, ocaqdan, yedirib, qarışdırıb, Qovrulan, sürətli, götürün, qovrulan, qapağını, olaraq, servis, olsun, gözlədib, keçirin, bağlayıb
BİZİ İZLƏYİN