Tərkibi: 3 ədəd yumurta 50 qram kərə yağ 1 stəkan fındıq 1,5 stəkan qatıq 1 qaşıq alma sirkəsi Nişasta Un
Şərbəti üçün: 1 ədəd limonun suyu 1 stəkan şəkər tozu 310 ml su
Hazırlanması: Xəmirini hazırlamaq üçün qatıq, əridilmiş yağ və yumurtaları qarışdırın, un əlavə idib xəmir yoğurun. Xəmiri hazır olduqdan sonra 30 dəqiqə dincəldin. Yuxasını açarkən yapışmaması üçün nişastadan istifadə edin.
Hazırlamaq üçün fındıq dənələrini təqribən 70 dərəcə isidilmiş duxovkada 10 dəqiqə qovurun. Fındıq ləpəsinin üzərindəki qabığı təmizləyin.
Fındıqları əzin
Hazırlamaq üçün yuxanı fırça vasitəsi ilə yüngül yağlayın və üzərinə əzilmiş fındıq səpin.
İncə oxlava götürün və bu yuxanı oxlovaya sarın.
İkinci yuxanı yağlayın və onu da birinci yuxanın üzərindən sarın.
Bundan sonra yuxanı yanlardan ortaya doğru sıxın və qırışlı bir yumru kütlə əmələ gələcək. Oxlovanı ehtiyatla paxlava ruletinin içərisindən çıxardın.
Eyni qayda ilə yeni bir yuxa yağlayın, üzərinə fındıq əzməsi səpin, oxlovaya sarın.
İkinci yuxanı da yağlayaraq birinciyə sarın və birinci qrupda olduğu kimi edin.
Bu şəkildə bütün yuxaları rulon paxlava formasında bükün və oda davamlı şüşə qaba səliqə ilə yığın.
Duxovkanı 175 dərəcəyə isidin. Duxovkaya qoymazdan əvvəl üzərini yüngül formada yağlayın. Burada 45 dəqiqə (və ya üzəri qızarana qədər) bişirin.
Şərbəti hazırlamaq üçün bir qazana şəkər, su və limonun suyu əlavə edilir. 10 dəqiqə qaynadılır.
Rulonları hazır olub soyuduqdan sonra bıçaqla düzgün bir şəkildə doğranılır.
Rulonlarının üzərinə bərabər şəkildə olmaq şərti ilə tökülür.