• Ev üsulu Türk paxlavası resepti - Video resepti

Reseptin məlumatları Baxış sayı: 119 724

Tarix : 7-09-2015, 12:00

Bölmə : Şərbətli şirniyyatlar / Video reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 10-12


Tərkibi:
1 ədəd yumurta
0,5 stəkan qarğıdalı və ya fındıq yağı (100 qram kərə yağı da ola bilər)
1 stəkan süd
4 stəkan un
1 paket qabartma tozu
1 çimdik duz

İçlik üçün:
1,5-2 stəkan çox kiçildilmədən çəkilmiş qoz ləpəsi
150 qram kərəyağı
500 qram buğda və ya qarğıdalı nişastası

Şərbət üçün:
5 stəkan şəkər tozu
3,5 stəkan su
1 qaşıq limon suyu

Hazırlanması:
Türk paxlavası hazırlamaq üçün əvvəlcə umurta, süd və yağ geniş bir qabda qarışdırılır

Türk paxlavası xəmiri əldə etmək üçün un, qabartma tozu və duz əlavə edib yoğurun.

Az-az un əlavə edərək xəmiri yoğurub 15 dəqiqə gözlədin.

Paxlava xəmirini 3 bərabər parçaya bölün. Bu parçalardan birinə uzun çubuq şəkli verin. Bunu əvvəlcə 4-ə, sonra hər parçanı yenidən 4-ə bölüb qozdan kiçik 16 parça əldə edin.

Parçaları ovcunuzda yumrulayın. Üzərinə nişasta səpin.

Digər 2 parçanı da da eyni şəkildə bölün və hər birindən 16 parça hazırlayın. Bu şəkildə 3 ədəd 16 parçalıq qrup yaratmış olduq.

Şəkər tozu və şəkəri qarışdırıb qaynadın.

Qaynadıqdan sonra vam odda 15 dəqiqə qaynadın və limon suyunu əlavə edin. Bir az da bu şəkildə qaynadıb ocaqdan götürün.

Birinci qrupdakı kündələrin altına və üst hissəsinə çox miqdarda nişasta vurun və yuxa yayın.

Eynisini ikinci və üçüncü qrup xəmirlər üçün də təkrarlayın.

Bundan sonra stolun üzərini yüngül şəkildə nişastalayın və birinci qrup yuxanı buraya gətirin. Ovcunuzun içi ilə yu

aları biraz da açın.

Ardından oxlov və ya vərdənə ilə yaxşıca açın.

Yuxa sini böyüklüyünə gəldikdən sonra sinini yüngül yağlayın, bu yuxanı sininin içərisinə sərin. Qoz ləpəsinin yarısını buraya əlavə edin və bərabər şəkildə dağıdın.

İkinci qrup kündələri də eyni şəkildə açın, siniyə yığın və üzərinə qoz səpin.

Bundan sonra üçüncü qrup kündələri hazırlayın və onları da siniyə yerləşdirin.

İti uclu bir bıçağın köməyi ilə sinidə paxlavanı dilimləyin.

Kərə yağını isidin. Üzərindəki ağ köpükləri alın. Yüngül isidilmiş yağı paxlavanın hər yerinə tökün.

170 dərəcə isidilmiş sobada paxlavanı altı-üstü qızarana qədər bişirin (təqribən 50-60 dəqiqə)

Paxlava bişdikdən sonra ilıqlaşana qədər soyudun, üzərinə ilıq şərbət tökün. Paxlava şərbəti çəkdikdən sonra servis etmək olar.

Qeyd: Xəmir sərt olsa, yuxanı açmaq çətin olsa da, paxlava daha kövrək olar.



Nuş olsun!
Etiketlər: sonra, şəkildə, stəkan, əlavə, dəqiqə, Paxlava, yuxanı, səpin, paxlavanı, əvvəlcə, etmək, xəmiri, hazırlayın, nişasta, parçanı, kündələri, parça, siniyə, üzərinə, bərabər
BİZİ İZLƏYİN