• Ponçik resepti

Reseptin məlumatları Baxış sayı: 78 724

Tarix : 24-08-2015, 16:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
qatıq: 400 q
Yumurta: 1 ədəd
Toz şəkər: 0,5 stəkan (miqdarı biraz da artırmaq mümkündür)
bitki yağı: 3 qaşıq
un: 3 stəkan
cem (istəyə görə)
Süd: 150 ml
duz
soda

Hazırlanması:
Ponçik hazırlamaq üçün yumurta ilə şəkər tozu çalınıb qarışdırılır. Sonra bunların üzərinə qatıq, soda, yağ, duz əlavə olunuraraq qarışdırılır. Sonra bunlara un əlavə olunur. Ponçik xəmiri çox bərk olmamalıdır. Xəmir yumşaq olmalıdır. Ponçik xəmiri hazır olduqdan sonra, yapışmaması üçün əllərimizi unlayırıq. Xəmirdən kiçik kündələr kəsilərək halqalar və ya kökə formasnda kiçik kütlələr hazırlayırıq.

Daha sonra bu hazırladığımız xəmirləri qazanda yağı yaxşıca qızdırırıq. Qızardıldıqdan sonra əgər halqa şəklində hazırlamamışıqsa içərisinə kulinar şprisi ilə cem doldururuq. Qızardıqdan sonra onları kağız salfetin üzərinə yığırıq ki, əlavə yağ salfetə hopsun. Sonda üzərinə şəkər pudrası əlavə edirik. Ləzzətli ponçiklərimiz hazırdır.

Nuş olsun!
Etiketlər: Ponçik, əlavə, sonra, üzərinə, şəkər, Sonra, xəmiri, kiçik, stəkan, qarışdırılır, qatıq, qızdırırıq, yaxşıca, Qızardıldıqdan, halqa, şəklində, qazanda, ponçiklərimiz, xəmirləri, halqalar
BİZİ İZLƏYİN