• Ev üsulu künefe resepti

Reseptin məlumatları Baxış sayı: 70 729

Tarix : 3-09-2015, 12:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
150 qram kadayıf
100 qram kərə yağı
100 qram pendir
1 qaşıq bəkməz (bəkməzin olması vacib deyil. Olsa bişdikdən sonra rəngi gözəl olar)

Şərbət üçün:
4/3 stəkan şəkər tozu
1 stəkan su
1-2 damla limon suyu

Üzəri üçün:
Fıstıq əzməsi

Hazırlanması:
Ev üsulu künefe hazırlamaq üçün əvvəlcə künefenin şərbəti hazırlanır. Çünki künefe isti, şərbət isə soyuq olmalıdır.

Kadayıfı tel – tel edib havalandırırıq.

50 qram kərə yağını əridib kadayıfın üzərinə tökün. Sonra əlinizlə çox sıxmadan yağı kadayıfa yedirdin.

Orta ölçülü bir tavada (çox böyük olmasın) qalan kərə yağının yarısını sürtüb üzərini bəkməzlə sıvıyırıq. Sonra kadayıfın yarısını buraya yayırıq. Rəndələnmiş pendiri kadayıfın üzərinə yayın. Bundan sonra qalan kadayıfı da bunun üzərindən yayın. Yüngülcə əlinizlə üzərindən bastırın.

Vam odda ocağın böyük gözündə kadayıfı çevirə – çevirə bişirin. Bir tərəfi bişdikdən sonra geniş bir qaba tavanı çevirin. Künefeni sürüşdürərək tavaya alın və ikinci üzün də bişməsini gözləyin.

Ev üsulu künəfə ikinci üz də bişdikdən sonra bir tabağa alırıq. İsti künəfənin üzərinə hazırladığımız soyumuş şərbəti tökürük. Üzərinə əzilmiş fıstıq tökülür. İsti – isti yeyilir.

Qeyd:
İstəyə görə süfrəyə verilərkən üzərinə qaymaq, dondurma da qoyula bilər.

Nuş olsun!
Etiketlər: üzərinə, sonra, üsulu, kadayıfın, bişdikdən, künefe, Sonra, şərbəti, əlinizlə, üzərindən, çevirə, ikinci, kadayıfı, yayın, qalan, yarısını, stəkan, böyük, geniş, tərəfi
BİZİ İZLƏYİN