• Türk paxlavası resepti

Reseptin məlumatları Baxış sayı: 17 317

Tarix : 16-10-2015, 22:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şirə üçün:
4 fincan su
5 fincan şəkər tozu
2 xörək qaşığı limon şirəsi

İçlik üçün:
3 fincan
2 xörək qaşığı şəkər tozu

Yağlamaq üçün:
1 fincan yarım duzsuz ərinmiş (resept aşağıda verilir) və ya əridilmiş kərə yağı
Həmçinin, hərəsinin içində 20-22 nazik qat olan 2 paket xəmir lazımdır.

Hazırlanması:
Birinci olaraq şirə hazırlanır: Su ilə şəkər tozu orta ölçülü qazanda qarışdırılır, 5 dəqiqə qaynadılır. Sonra odun dərəcəsi azaldılır və ağzı açıq şəkildə, təxminən 10 dəqiqə aşağı dərəcədə qaynadılır. Rəngi açıq sarıya çalanda şirə hazır hesab olunur. Üzərinə limon şirəsi əlavə edib qarışdırılır və soyumağa qoyulur.
Sonra içlik hazırlanır. Qoz maşından keçirilir, orta ölçüdə xırdalanır. Qoz çox xırda olmamalıdır, paxlavanı yeyərkən xırçıldamalıdır. Xırdalanmış qoz şəkər tozu ilə qarışdırılır. Hazır içlik kənara qoyulur.
30*40*3 sm ölçülü listin içərisinə əridilmiş yağ çəkilir. Soba 190C dərəcəsində qızdırılır.
Birinci qat xəmir ehmalca listin dibinə yerləşdirilir. Xəmir kövrək olduğu üçün ehtiyatlı olmaq lazımdır. Kiçik deşiklər əmələ gələrsə narahat olmağa dəyməz. Birinci qatın üzəri əridilmiş yağla bütöv şəkildə yağlanır (təxminən 2 xörək qaşığı). Bir paketin içindəki qat-qat xəmir bir-birini üzərinə yağlanaraq düzülür.
İçlik üst qatın üzərinə bərabər şəkildə səpilib yayılır. Növbəti qat yerləşdirilərkən xəmirə yapışsın deyə içliyin üzərinə azca su çilənir.
İkinci paket xəmirlərin hər birini içliyin üzərinə qat-qat şəkildə yağlayıb yerləşdirmək lazımdır. Sonuncu qatı və xəmirin kənarlarını da əridilmiş yağla yağlamaq lazımdır.
Qaynar suya salınmış iti kəsici bıçaqla paxlava xəmiri uzununa (üfüqi) 6 paralel zolaq şəklində kəsilir. Sonra isə şaqüli istiqamətdə 12 paralel zolaq şəklində, dördbucaq paxlava forması verilməklə kəsilir. Təbii ki,paxlavanın ölçüsünü zövqə görə vermək olar. Əgər bir qədər iri formada istəsəniz zolaqların sayını az edə bilərsiz. Həmçinin romb formasınıda da kəsə bilərsiz.
Paxlava sobanın orta gözündə yarım saat bişirilir. Sonra istilik dərəcəsi 160C-ə qədər azaldılır və daha yarım saat, üzəri azacıq qızarana kimi bişməyə qoyulur.
Paxlava sobadan çıxarılır, təxminən 10 dəqiqə otaq tempraturunda saxlanılır. Bişmiş paxlava yenidən zolaqların üzəri ilə axıra qədər (xəmirin dibinədək) bıçaqla kəsilir, kəsilmiş bütün zolaq-xətlərin üzərinə soyuq şirə tökülür. Tamami ilə soyuması üçün bir kənara qoyulur. Paxlavalar otaq tempraturunda süfrəyə verilir. Quru və sərin yerdə paxlavaları bir həftə saxlamaq olar.
Ərinmiş Kərə Yağı
Nəzərə alın ki, kərə yağı ərinmiş vəziyyətə düşdüyündə onun ilkin miqdarı 25% azalır.
Yağı əritmək üçün qalın qazana yağ tikələri əlavə olunur, aşağı dərəcəli odda əridilir. Üzərinə köpük çıxanadək azca qaynara qoyulur. Təxminən 20 dəqiqə qaynadıqdan sonra yağın üzərində köpük əmələ gələndə (yağın dibi bir az qaralır) qazan ocağın üzərindən götürülür. Köpüklər kəfgir qaşıqla yığılıb atılır. Əridilmiş yağ xırda gözlü süzgəc, yaxud 2-3 qat təmiz tənzifdən ayrıca qaba süzülür. Elə süzülməlidir ki yağda artıq qalıq, çöküntü qalmasın. Ərinmiş yağı bağlı bankada (balaca bidonda) sərin yerdə 6 ayadək saxlamaq olar.

Nuş olsun!
Etiketlər: xəmir, üzərinə, istifadə, lazımdır, şəkildə, qədər, fincan, paxlava, şəkər, paxlavanın, qoyulur, Paxlava, yarım, əridilmiş, hazır, etmək, dəqiqə, sonra, kəsilir, sonraertəsi
BİZİ İZLƏYİN