• Paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 23040

Tarix : 24.10.2015, 12:00

Bölmə : Şirniyyatlar » Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
3 stəkan un
200 qram kərə yağı
1 ç.q. vanil
1 x.q. şəkər pudrası
200 qram xama
1/2 ç.q. çay sodası
3 yumurtanın sarısı
1 yumurtanın ağı

İç üçün:
300 qram qoz ləpəsi və yaxud fındıq (zövgə görə)
300 qram şəkər tozu
1 ç.q. döyülmüş hil
1/2 ç.q. darçın

Şirə üçün:
2 x.q. su
2 x.q. şəkər tozu
limon dilimi
50 qram kərə yağı

Hazırlanması:
Qoz ləpəsini blenderdən (sürtkəcdən) keçirib, üzərinə şəkər tozu və ədavaları əlavə edərək, qarışdırın.
Una xırda doğranılmış kərə yağı, vanilin və şəkər pudrası əlavə edib, bıçaqla iri umac əldə edənə qədər döyün. Sonra üzerine yumurtanın sarısını, ağını, xama və çay sodasını əlavə edib, xəmir yoğurun. Xəmir yumuşaq və zərif olmalıdır.
Xəmiri kündələyib, soyuducuda 2-3 saat ərzində saxlayın. Daha sonra xəmiri soyuducudan çıxardıb, 3 hissəyə bölərək, kündələrə tutun. Sonra kündələrin hər birini ayrılıqda 3 mm qalınlığında, yayın.
Soba listinə falqa kağızı qoyub, yağlayaraq, xəmiri içinə yerləşdirin. Sonra üzərinə yumurtanın ağını çəkib, hazırladığınız için yarısını tökərək, bərabər şəkilde yayın. İkinci kündəni də eyni şəkildə yayıb, birinci layın üstünə qoyun. Üzərinə yumurtanın ağını çəkib, qalan içi tökün. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyaraq, üzərinə yumurta sarısı sürtün. Sonra bıcaqla romb şəklində kəsin. Her paxlavanın ortasına yarım qoz ləpəsi qoyun.
Daha sonra soçi paxlavasını 180 dərəcə qızdırlmış sobada 30-35 dəqiqə ərzində üstü qızarana qədər bişirin. Bişmiş paxlavanın üzerine şirə töküb, soyumaq üçün kənara qoyun. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın.

Nuş olsun!

Etiketlər: yumurtanın, şəkər, Sonra, üzərinə, ağını, sonra, əlavə, qoyun, üzerine, paxlavanın, ərzində, çəkib, yayın, kündəni, xəmiri, layın, üstünə, qədər, sarısı, ləpəsi
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN