• Gül şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 69 724

Tarix : 15-06-2014, 14:36

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan un
1 stəkan manna yarması
1 stəkan yağ
1 stəkan qatıq
100 q marqarin
1 ədəd qabartma tozu
Qırmızı və yaşıl qida boyası

Şərbət üçün:
4 stəkan su
4 stəkan şəkər tozu
Yarım limon suyu

Hazırlanması:
Bütün xəmir ərzaqlarından yumşaq xəmir yoğururuq. Xəmiri 2 yerə bölürük birinə yaşıl, birinə də qırmızı rəng qatırıq. 1 saat dinləndiririk. Xəmirdən 5—7 mm qalınlığında yuxa yayırıq. Stəkanın ağzı ilə dairələr kəsirik.
Gül şirniyyatı resepti

5 ədəd dairəni yan–yana düzüb rulon kimi bükürük, ortadan kəsirik və gül forması alırıq.
Gül şirniyyatı resepti

180 C üzəri qızaranadək bişiririk. Hazır və soyumuş şərbəti isti güllərin üzərinə tökürük. 1—1,5 saat sonra süfrəyə vermək olar.
Gül şirniyyatı resepti


Nuş olsun!
Etiketlər: stəkan, xəmir, yaşıl, birinə, kəsirik, ortadan, forması, alırıq, dairələr, bükürük, rulon, yan–yana, düzüb, üzəri, dairəni, bişiririk, sonra, tökürük, süfrəyə, vermək
BİZİ İZLƏYİN