• Bamiyə (Tulumba və ya Ballıbadı) resepti

Reseptin məlumatları Baxış sayı: 79 962

Tarix : 17-06-2014, 21:47

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
530 q əla növ buğda unu
240 q şəkər tozu
1 yumurta
120 q bitki yağı
0,5 ç.q. soda
5 q duz

Hazırlanması:
Una çay sodası və qaynar su əlavə edib xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır.
Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür.
Bamiyə bitki yağı fritüründə qızardılır, şəkər şərbətinə hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.

Nuş olsun!
Etiketlər: şəkər, sonra, xəmir, ətçəkən, bitki, maşından, yumurta, hissələrə, bölünür, bərabər, burma, qoyulur, lövhəcik, Ətçəkən, çıxan, Bamiyə, uzunluqda, qızardılır, kirşanı, səpilir
BİZİ İZLƏYİN