• Qovud resepti

Reseptin məlumatları Baxış sayı: 18 563

Tarix : 13-06-2016, 11:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Buğda (qovurğa hazırlamaq üçün)
Kərə yağı
Su və ya süd
Şəkər tozu və ya bal
Duz

Hazırlanması:
Qovud hazırlamaq üçün əvvəlcə Buğda sacda qovrulur. Qovurğa hazırlanır. Qovrulan Qovurğa isti – isti kirkirədə (əl dəyirmanı) üyüdülür. Bu zaman üyüdülən Qovud, un kimi çox narın olmamalıdır. Biraz iri ölçülü olmalıdır.

Qovurğa üyüdüldükdən sonra məhsul bez bir torbada və yaxud da ağzı möhkəm bağlanabilən qapalı bir qabda quru şəraitdə uzun müddət saxlanıla bilər. Bu şəkildə bir dəfə hazırlanan məhsulu uzun müddət istifadə etmək mümkündür.

İndi isə sıra gəldi yeməyin bişirilməsinə.

Bir qabda kərə yağı (sarı yağ) əridilir. Sonra bu əridilmiş kərə yağına qaynar su (və ya qaynar süd) əlavə edilir.

Sonra bu yağlı suya (südə) zövqə görə müəyyən miqdar duz əlavə edilir. Yəmək əgər şirin olaraq hazırlanacaqsa, bu hazırlanan şərbətin içərisinə yenə ağız zövqünə görə bal və ya şəkər tozu qatılır və qarışdırılır.

Şərbət hazırlandıqdan sonra içərisinə əvvvlcədən üyüdülüb hazırlanmış qovud qatılır. Bunu yavaş – yavaş etmək lazımdır ki, toz halındakı xammal bir yerə topalaşmasın. Bu zaman yaxşıca qarışdırmaq lazımdır ki, maye ilə qatı kütlə bir – birinə yaxşıca qarışsın. Nəticədə qatı və qəhvə rəngli bir kütlə alınır.

Hazırlanan yemək vam odda bira da qarışdırılır.

İsti – isti süfrəyə verilir.

Yeməyin qatılığı da zövqə görə təyin edilir.

Nuş olsun!
Etiketlər: edilir, Qovurğa, müddət, hazırlanan, qarışdırılır, qabda, lazımdır, yaxşıca, sonra, qatılır, etmək, qaynar, əlavə, Buğda, Sonra, kütlə, içərisinə, zövqə, yavaş, Qovud
BİZİ İZLƏYİN