• Umac halvası resepti

Reseptin məlumatları Baxış sayı: 15 507

Tarix : 22-06-2016, 09:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
600 qr kərə yağı

Umac üçün:
1kq un
bir çimdik duz
200-300qr su

Şirə üçün:
1kq şəkər tozu

Hazırlanması:
0,5 l su ən əvvəl pesokla suyu şirə üçün qaynatmaq lazımdır.
Sonra isə ələnmiş una duzu əlavə edib asta-asta suyu unun üstünə səpə-səpə, əllə ovuşduraraq, umac hazırlanır.
Hazırlanmış umac aşsüzəndən əllə sürtərək keçirtmək lazımdır. Aşsüzəndən keçən umacı ələmək, ələnmiş umacı 20 dəqiqə qurutmaq lazımdır.
Ələnmiş umacdan bir boşqab un çıxmalıdır. İsinmiş yağa qurumuş umacı töküb qovurmağa başlanmalıdır.
Qaşıqla yumurlanmasın deyə umacı əzə-əzə qarışdırmaq lazımdır.
Qızılı rəngə çatanda umaca unu əlavə edib, yenidən qovurmaq lazımdır. Şirənin əlavə olunmasının dəqiq vaxtını bilmək üçün umacdan 1 qaşıq şirənin üstünə tökmək lazımdır.
Həmin an umac cızz edib qaynayarsa, demək şirəni tökmək olar.
Şirəni yaxşı-yaxşı qarışdırıb nimçələrə çəkirik.

Nuş olsun!
Etiketlər: lazımdır, umacı, əlavə, üstünə, tökmək, umacdan, ələnmiş, yaxşı, qovurmaq, Şirənin, olunmasının, yumurlanmasın, qarışdırmaq, Qızılı, umaca, dəqiq, rəngə, çatanda, yenidən, şirənin
BİZİ İZLƏYİN