• Tahin bəkməzli muhalləbi resepti

Reseptin məlumatları Baxış sayı: 13 267

Tarix : 14-06-2016, 16:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l süd,
1 stəkan tahin ,
1 stəkan toz şəkər,
3 şorba qaşığı buğda nişastası,
3 xörək qaşığı un.
1 yumurta,
Bəkməz

Hazırlanması:
Süd , nişasta, un, yumurta və toz şəkəri bir qazanda qarışdırın.
Ocağa aldıqdan sonra davamlı qarışdıraraq bişirin.
Qaynamağa başladıqdan bir dəqiqə sonra tahini əlavə edin.
Yenə qarışdırmağa davam edərək bir dəqiqə daha bişirin.
Kənara alın və kasalara paylaşdırın.
Otaq temperaturunda soyudun və sonra soyuducuya yığın.
Servisdən əvvəl istərsəniz üzərinə bir şirniyyat qaşığı, istərsəniz də bir xörək qaşıq bəkməz əlavə edərək servis edin.

Nuş olsun!
Etiketlər: sonra, qaşığı, xörək, yumurta, bişirin, istərsəniz, stəkan, edərək, dəqiqə, əlavə, temperaturunda, paylaşdırın, Kənara, davam, soyudun, kasalara, Servisdən, qaşıq, bəkməz, servis
BİZİ İZLƏYİN