• Qadayıf resepti

Reseptin məlumatları Baxış sayı: 24 672

Tarix : 12-06-2016, 10:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 qram kadayıf
150 qram kərə yağı
Qoz ləpəsi

Şərbət üçün:
3 stəkan şəkər tozu
4 stəkan su
4-5 damla limon suyu.

Hazırlanması:
Şərbətin hazırlanması:
Bu şirniyyatı hazırlanarkən əvvəlcə şərbət hazırlanaraq soydulmalıdır. Bunun üçün əvvəlcə şəkər və su kiçik bir qazanda qoyulur. Qaynamağa başladıqdan 10 dəqiqə sonra limon da şərbətə əlavə edilir. 5 dəqiqə də qaynadıldıqdan sonra şərbət ocaqdan götürülür.

Kadayıf hazırlanması:
Kərə yağı əridilir və tel şəklindəki kadayıfın üzərinə gəzdirilir. Kadayıf qarışdırılaraq kadayıf yaxşıca yağlanılır. Sonra yağlı kadayıfın yarısı alınaraq kiçik bir fırın qabına yerləşdirilir və üzərindən ovcun içərisi ilə yüngülcə basılaraq sıxışdırılır.

Bu sıxışdırılmı kadayıfın üzərinə çox miqdarda qoz ləpəsi səpilir. Qoz ləpəsi üzərinə qalan kadayıflar qoyulur. Bundan sonra yenə əlin içərisi ilə sıxılır.

Kadayıf əvvəlcədən 180 dərəcə isidilmiş fırında üzəri qızarana qədər bişirilir. Fırından çıxartdıqdan 5 dəqiqə sonra ilk qaynarlığının keçməsi üçün gözlədilir. Bundan sonra kvadrat və ya pizza dilimi şəklindədilimlənir.

Soyumuş şərbəti kadayıfın üzərində gəzdiririk və şərbəti çəkməsi üçün biraz gözlədirir.

Şərbət soyuq olmalıdır. İsti olduğu təqdirdə kadayıf xəmirləyər.

Kadayıf şirniyyatı, üzərinə dondurma qoyularaq da servis edilməsi mümkündür.

Nuş olsun!
Etiketlər: sonra, Kadayıf, üzərinə, kadayıfın, dəqiqə, kadayıf, ləpəsi, şərbət, içərisi, şərbəti, əvvəlcə, qoyulur, kiçik, şəkər, stəkan, Şərbət, Bundan, limon, hazırlanması, şirniyyatı
BİZİ İZLƏYİN