• Ahi halvası resepti

Reseptin məlumatları Baxış sayı: 12 962

Tarix : 26-06-2016, 20:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 kasa qoz
1.5 (3/2) su stəkanı bəhməz
1 çay stəkanı duru yağ
2 su stəkanı su
250 q kərə yağı
1.5 (3/2) su stəkanı toz şəkər
5 su stəkanı un

Hazırlanması:
İlk olaraq halvanın şərbətini hazırlamağa başlayırıq.
Ayrı bir qazana suyu boşaldırıq.
Üzərinə eyni stəkanla şəkər və bəhməz əlavə edib, qarışdırırıq.
Qaynamağa qoyun. Geniş bir qazana duru yağı tökürük.
Kərə yağın yarısını əlavə edib, əridirik. Kərə yağı əridikdən sonra unu boşaldırıq.
Batıq atəşdə qarışdıraraq qovururuq.
Unun rəngi qızıl-sarısı olduqdan sonra qalan kərəyağını əlavə edirik.
Doğradığımız qozları də boşaldıb, qarışdıraraq qovurmağa davam edirik.
Unun rəngi dəyişdikdən sonra üzərinə şərbəti tökməyə başlayırıq.
Bir tərəfdən də topaklanmaması üçün qarışdırmağa davam edirik.
Şərbətin hamısını döktükdən sonra, şərbət çəkilənə qədər yaxşıca qarışdırırıq.
Ocağın altını söndürüb qazanın qapağını örtürük.
Halva soyuduqdan sonra şəkil verərək süfrəyə təqdim edirik.

Nuş olsun!
Etiketlər: sonra, stəkanı, edirik, əlavə, boşaldırıq, rəngi, qarışdıraraq, başlayırıq, qarışdırırıq, qazana, davam, Halva, bəhməz, şəkər, şərbət, hamısını, döktükdən, şərbəti, Şərbətin, üzərinə
BİZİ İZLƏYİN