• Pendirli irmik halvası resepti

Reseptin məlumatları Baxış sayı: 13 483

Tarix : 1-07-2016, 19:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 ovuc fıstıq
2 su stəkanı İrmik
4 su stəkanı süd
125 q kərə yağı
1.5 (3/2) su stəkanı toz şəkər
300 gr duzsuz ağ pendir

Hazırlanması:
Yağsız bir tavada fıstıqların rəngi dəyişənə qədər qovurun.
Ardından yağı əlavə edin, əriyincə irmiği əlavə edin və qızıl-sarısı rəngini alana qədər qovurmağa davam edin.
Ayrı bir qazanda süd və şəkəri qaynadın.
Qovrulmuş irmiğin üzərinə tökün, suyunu çəkincə rəndələnilmiş təzə pendiri halvanın içinə atın.
Əriyənə qədər qarışdırın.

Nuş olsun!
Etiketlər: stəkanı, qədər, əlavə, qaynadın, irmiğin, şəkəri, Qovrulmuş, qazanda, alana, qovurmağa, davam, üzərinə, tökün, içinə, Əriyənə, qarışdırın, olsun, halvanın, pendiri, suyunu
BİZİ İZLƏYİN