• Şokoladlı paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 18 224

Tarix : 30-06-2016, 15:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
3 ədəd yumurta
3 xörək qaşığı qatıq
3 xörək qaşığı duru yağ
1 xörək qaşığı sirkə
kifayət edəcək qədər un
3 xörək qaşığı kakao

İçi üçün:
300 qram iri doğranmış qoz
1 su stəkanı şokolad

Açmaq üçün:
1 su stəkanı nişasta
1 su stəkanı kakao
250 qram marqarin
250 qram kərə yağı

Şərbət üçün:
4 su stəkanı su
4 su stəkanı şəkər tozu ,
yarım limon şirəsi

Hazırlanması:
Əvvəlcə xəmir üçün olan ərzaqları, yəni: yumurta, qatıq, duru yağ, sirkə, un və kakaoyu dərin bir qaba qoyub yoğurun.
Yumşaq xəmir əldə olunmalıdır.
Folqaya büküb yarım saat gözlədin.
Xəmirdən 15 kündə qoparın, 1 su stəkanı nişasta və 1 su stəkanı kakaoyu ələyin.
Kündələri nimçədən daha böyük açın.
Nimçədə yağlayın.
250 qram kərə yağı və marqarini əridin.
Labvaşları üç ədəd edib, qalanların hər birini dörd parçaya ayırın.
2 qat nimçəyə sərin.
Üzərinə yağ gəzdirin.
1 – 4 mərtəbədən sonra da şokolad və qozu qoyun.
Parçalanmamış lavaşlları qalana qədər hər iki mərtəbədən bir yağ gəzdirib, dörd mərtəbədən bir də şokolad səpin.
2 – Ən üstə möhkəm olan lavaşları sərin.
Qalan yağı üzərinə gəzdirin.
Nimçədə çevirə çevirə dilədiyiniz şəkildə kəsin.
Əvvəldən isidilmiş sobaya paxlavanı qoyub, sonra sobanı 150 dərəcəyə nizamlayın.
Üzəri qızarana qədər bişirin.
Bu vaxt ərzində şərbəti hazırlayın.
Bunun üçün su və şəkəri qaynadın.
Ocaqdan aldığınız şərbətə limon şirəsini əlavə edin.
3 – Sobadan aldığınız paxlava istiykən üzərinə isti şərbəti gəzdirin.
Paxlava şərbəti içinə çəkincə süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: stəkanı, qaşığı, xörək, mərtəbədən, şokolad, gəzdirin, qədər, şərbəti, sərin, üzərinə, limon, Nimçədə, aldığınız, qoyub, xəmir, çevirə, kakaoyu, yarım, qatıq, sirkə
BİZİ İZLƏYİN