• Badamlı halva resepti

Reseptin məlumatları Baxış sayı: 14 082

Tarix : 10-07-2016, 14:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
9 qəhvə fincanı qovrulmuş manna yarması
4 qəhvə fincanı kərə yağı
100 qr ağ badam
3 su stəkanı şəkər
4 su stəkanı süd
1 paket vanilÜzəri üçün:
3-4 xörək qaşığı badam dadlı likör və ya darçın
2 xörək qaşığı şəkər

Hazırlanması:
Qalın, yaxşı istilik keçirən dərin bir qazanda kərəyağını əridib badamı 2 dəqiqə qovurun.
Manna yarması əlavə edib batıq atəşdə davamlı qarışdıraraq qovurun.
Bu əməliyyatı ən az 25-30 dəqiqə davam etdirin.
Başqa bir qazanda şəkəri, südü və vanili qarışdırıb qaynadın.
Qarışığa qovrulmuş manna yarması əlavə edib qarışdırın.
Qazanın qapağını bağlayın və batıq atəşdə suyunu tamamilə çəkənə qədər bişirin.
Halva bişdikdə üzərinə 2 xörək qaşığı şəkər səpin.
Qazanın üzərinə parça və ya əmici bir kağız örtərək qapağını bağlayıb dəmlənməyə qoyun.
Ilıq olduqda geniş və düz bir qoşqaba bəzəyərək qoyun.
Üzərinə likör töküb və ya darçın səpib süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: yarması, şəkər, xörək, qaşığı, qovurun, dəqiqə, qoyun, batıq, Qazanın, qapağını, üzərinə, atəşdə, darçın, əlavə, qazanda, manna, likör, qovrulmuş, fincanı, qəhvə
BİZİ İZLƏYİN