• Südlü Ramazan loxması resepti

Reseptin məlumatları Baxış sayı: 15 493

Tarix : 27-06-2016, 15:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
yarım paket kərə yağı və ya marqarin
2 stəkandan bir az əksik qovrulmuş un
2 su stəkanı süd
4 ədəd yumurta
3 su stəkanı şəkər
3 su stəkanı su
2 su stəkanı günəbaxan yağı

Hazırlanması:
Əvvəl şərbətini hazırlayıb soyumağa buraxın.
Yarım paket yağı qazanda əridin.
İçinə qovrulmuş unu qoyun, yüngül atəşdə qatılaşana gələnə qədər qovurun.
Üzərinə soyuq olaraq 2 stəkan süd töküb qarışdırın.
Çox yüngül atəşdə südünü canına çəkməsi üçün ağızı bağlı olaraq gözlədin.
Təkrar qarışdırıb soyudun.
4 ədəd yumurtanı tək-tək qıraraq içinə əlavə edin.
Xəmirdən kiçik kiçik parçalar hazırlayın.
Ovuc içində bu xəmirləri yuvarlayıb qaba düzün.
Tavada qızdırdığınız günəbaxan yağında qızardın.
Yağını süzdürərək əvvəldən hazırladığırız şərbətin içinə atın.

Nuş olsun!
Etiketlər: stəkanı, atəşdə, yüngül, qovrulmuş, paket, Reseptləri, içinə, olaraq, kiçik, günəbaxan, yumurtanı, soyudun, qıraraq, qarışdırıb, bağlı, südünü, qarışdırın, töküb, canına, çəkməsi
BİZİ İZLƏYİN