• Su qapağı şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 893

Tarix : 9-07-2016, 16:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 paket marqarin
2 ədəd yumurta
1 çay stəkanı qatıq
1 paket qabartma tozu
1 paket vanil
kifayət edəcək qədər un
fındıq

Şərbəti üçün:
4 su stəkanı şəkər
4 su stəkanı su

Hazırlanması:
Xəmir hazırlamaq üçün bir ərzaqları tökün.
Börək xəmiri kimi yoğurun və incə yayın.
Su stəkanının ağzı ilə kəsərək yumru xəmirlər əldə edin.
Sonra xəmirləri bir-birlərinin üzərinə qoyaraq ikili xəmirlər edin.
Bir limonad qapağı ilə üstdəki xəmirin ortasını çıxarın və o boşluğa fındıqları doldurun.
Bütün şirniyyatları bu şəkildə hazırlayın.
Sobada orta dərəcəli istilikdə qızarana qədər bişirin.
Digər tərəfdə şərbət üçün su və şəkəri ocaqda qaynadın.
Sobadan çıxardığınız şirin ılınmaya başlayınca isti olaraq şərbəti üzərinə tökün.
Şərbətini canına çəkən kimi süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: stəkanı, paket, xəmirlər, üzərinə, qədər, tökün, istilikdə, dərəcəli, Sobada, təqdim, qızarana, Digər, bişirin, olsun, hazırlayın, fındıqları, boşluğa, doldurun, Bütün, şəkildə
BİZİ İZLƏYİN