• Limon pelteli resepti

Reseptin məlumatları Baxış sayı: 14 824

Tarix : 1-09-2017, 18:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
0.5 litr limonad
1 qəhvəsi fincanı dolusu misir nişastası
1 vanil pudinqi
3.5 su stəkanı süd

Arasını və ya üzərini bəzəmək üçün:
Damla şokolad, biskvit və ya keks qırıntıları.

Hazırlanması:
Bir qazanda limonad və qarğıdalı nişastasını bişirərək, jele konsistensiyasına gəlməsini təmin edin.
Ayrı bir tərəfdə də, vanilli pudinqi süd ilə birlikdə bişirin.
Qoymaq istədiyiniz qabları və ya stəkanları əvvəl isladın.
Suyunu yaxşıca süzün.
Pudinq qablarını tərs çevirib çıxaracaqsınızsa, üst tərəfdə hansı rəngin olmasını istəyirsinizsə onu alta qoyun.
Məsələn şəkildəki kuplarda, alta limon peltesini qoymuşuq.
İstədiyiniz arasına damla şokolad və ya un halına gətirdiyiniz kakaolu biskvitlər də qoya bilərsiniz.
Üzərinə də pudinq əlavə edin.
Bir gecə soyuducuda gözlətdikdən sonra tərs çevirib süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bilərsiniz, tərəfdə, çevirib, şokolad, pudinqi, limonad, Məsələn, kuplarda, peltesini, limon, şəkildəki, olmasını, çıxaracaqsınızsa, qablarını, Pudinq, hansı, rəngin, istəyirsinizsə, qoymuşuq, qoyun
BİZİ İZLƏYİN