• Şöbyet resepti

Reseptin məlumatları Baxış sayı: 13622

Tarix : 14.07.2016, 10:00

Bölmə : Şirniyyatlar » Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
1 kq un
3 ədəd yumurta
1 ç.q duz
1 ç.q limon suyu
25 q kərə yağı
1,5 st ilıq suYaymaq üçün:
200 q buğda nişastası

Şərbət üçün:
6 st şəkər tozu
3 st su
1/4 limon
2 st süd
100 q irmik

İçlik üçün:
300 q fıstıq ləpəsi ya da qoz ləpəsi
Yağlamaq üçün: 500-600 q kərə yağı

Qaymaq üçün:
2 st süd
100 q irmik

Hazırlanması:
Bu ölçülərlə iki qab şobyet hazırlamaq olur.
Fıstıq ləpəsini maşından keçiririk.
Süd ilə irmiyi qarışdırıb qatılaşana qədər bişiririk. Qoyuruq kənara soyuyur.
Unu bir qaba ələyib urtasını açırıq.
Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.
Qarışdırırıq və əlimiz ilə bərk xəmir yoğururuq.
Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.
Sonra xəmirdən 20 ədəd kündə düzəldirik.
Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.
Yağı əridirik. Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq.
Bacardığınız qədər nazik açın. Yuxaların 10 ədədini yayıb yağlayıb üst-üstə yığırıq.
Qoğaldakı kimi. Bıçaqla 7x7sm kvadraklar kəsirik.
Hər kvadratın ortasına 1 ç.q qaymaq və 1 ç.q fıstıq töküb qatlayırıq.
Bu qayda ilə hazırlayıb qabı yağlayıb yığırıq. Üç hissələri alta olmaqla yığmaq lazımdı. Bişdikdə ağzı aralanmasın.
Növbəti 10 ədəd kündəni də yayıb eyni qayda ilə hazırlayırıq.
Qalan yağı üstünə töküb 180-190 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Bişənədək şərbəti hazırlayırıq. Şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq.
Qarışdırırıq. Qaynamağa başlayanda limon dilimini əlavə edib 3-5 dəqiqə də qaynadıb götürürük.
Paxlava bişdikdə sobadan çıxarırıq.
İsti şərbəti sobadan çıxan isti paxlavanın üstünə tökürük.
Üstünə çəkilmiş fıstıq tökürük. Ən azı 2-3 saat qalmalıdır ki şərbəti özünə çəksin.
Şərbəti özünə çəkdikdən sonra paxlavanı çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!


Etiketlər: üstünə, töküb, limon, dəqiqə, fıstıq, şərbəti, tökürük, ləpəsi, hazırlayırıq, Sonra, sobadan, qədər, Qarışdırırıq, bişiririk, qarışdırıb, saxlayırıq, qayda, yığırıq, yumurta, özünə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN