Tərkibi:3 yumurta
1 su stəkanı sulu qatıq
1 su stəkanı duru yağ və ya zeytunyağı
Yarım su stəkanı su
Yarım paket qabartma tozu
1 yemək qaşığı sirkə
1 çay qaşığı duz
800 qram paklavalıq un
İçi üçün:Çəkilmiş qoz
Şərbəti üçün:5 su stəkanı su
5 su stəkanı şəkər
Yarım limon
Açmaq üçün:2 su stəkanı un
2 su stəkanı nişasta
İçi üçün:fıstıq
Hazırlanması:Xəmiri hazırlayıb, kiçik kiçik toplar hazırlayın nişasta və un qarışımı ilə oxlov vasitəsilə xəmiri açın.
Daha sonra bıçaqla tam ortadan ikiyə xəmiri kəsin.
Üzərinə qoz səpin.
Daha sonra ilk parçayı oxlova dolayaraq bükün.
Kənarlarından büzərək xəmiri çıxardın.
Uc noqtələri birləşdirib yağlı qaba düzün.
Hamısını belə edin.
Forma verdikdən sonra 180 dərəcədə sobada üzəri qızarana qədər bişirin.
Paxlava soyuq, şərbət ilıqkən şirniyyatın şərbətini tökə bilərsiniz.
1 gecə gözlədin ki şərbətini çəksin.
Fıstıqla bəzəyib servis edin.
Nuş olsun!
Etiketlər: stəkanı, Yarım, xəmiri, sonra, şərbətini, nişasta, qaşığı, kiçik, verdikdən, yağlı, Forma, birləşdirib, Hamısını, düzün, büzərək, oxlova, parçayı, dolayaraq, bükün, çıxardın