• Xurmalı şəkərparə resepti

Reseptin məlumatları Baxış sayı: 19 645

Tarix : 28-07-2016, 17:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q yağ
1 yumurta + 1 yumurtanın ağı
1 x.q. şəkər tozu
1-2 x.q. su
aldığı qədər un
1 paket qabartma tozu
1 paket vanilli şəkər tozu

üzərinə:
xurma
1 yumurtanın sarısı

şərbət:
3,5 st. su
3,5 st. şəkər tozu
1 limonun şirəsi

Hazırlanması:
Öncə şərbəti hazırlayın: Su ilə şəkər tozunu qarışdırıb qaynadın, limon şirəsi əlavə edib ocaqdan götürün. Soyudun.
Otaq temperaturundakı kərə yağı, yumurta, şəkər tozu və suyu bir qabda qarışdırın. Un, vanil və qabartma tozunu qarışdırıb əlavə edin. Yumşaq xəmir yoğurun.
Xəmirdən qoz boyda kündələr tutub oval formaya salın, perqament döşənmiş siniyə düzün.
Xurmaları uzununa iki bölüb dənəsini çıxarın. Hər kündənin üzərinə yarım xurma qoyub azca basın (formasını pozmayın).
Üzərinə çalınmış yumurta sarısı çəkin. 175 dərəcə qızdırılmış sobada bişirin.
Sobadan çıxarandan 3-4 dəqiqə sonra soyumuş şərbətin içinə qoyun. Şərbəti hopdurandan sonra buluda yığıb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, şirəsi, tozunu, sarısı, sonra, xurma, qarışdırıb, əlavə, paket, üzərinə, qabartma, yumurtanın, çalınmış, Üzərinə, çəkin, dərəcə, qızdırılmış, dənəsini, pozmayın
BİZİ İZLƏYİN