• Praline resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 283

Tarix : 29-10-2017, 22:00

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q badam (yaxud badamla fındıq qarışığı)
100 q şəkər tozu
25 q su

Hazırlanması:
Badamı 120 dərəcə qızdırılmış sobada isidin. Badamı şərbətə qatanda isti olmalıdır ki, şərbət qəfil soyumasın.

Qalın dibli qazana su töküb şəkər tozunu əlavə edin. Vam odda qaynara düşənədək qarışdırın. Qaynara düşəndən sonra qarışdırmağı dayandırın. Qaynar maye üçün termometriniz varsa, 116 dərəcəyədək şərbəti qızdırın, yoxdursa, "yumşaq kürəcik" halına gələnədək bişirin. ("Yumşaq kürəcik": Qaşıqla şərbətdən azca götürüb soyuq suya salın, barmaqlarınızla qaşıqdakı şərbəti götürüb kürəcik düzəltməyə çalışın. Əgər kürəcik yumşaqdır və barmaqlarınızla onu rahatca müxtəlif formalara sala bilirsinizsə, deməli, hazırdır).

Şərbəti ocaqdan götürmədən isti badamı əlavə edib qarışdırın.

Şəkər tozu kristallaşıb badamı tamamilə örtəcək.

Şəkər tünd-qəhvəyi rəng alanadək qarışdıraraq bişirin.

Əvvəlcədən yağlanmış perqamentin üzərinə töküb tam soyudun.

Bunu pasta halına gələnədək döyün: əvvəlcə iri ovuntuq alınacaq, sonra kündə halına düşəcək, nəhayətdə isə pastaya dönəcək.

Şüşə qaba yığıb ağzını kip bağlayın. Pralineni hətta otaq temperaturunda uzun müddət saxlamaq olur.

Praline resepti - FOTO RESEPT

Praline resepti - FOTO RESEPT

Praline resepti - FOTO RESEPT

Praline resepti - FOTO RESEPT

Praline resepti - FOTO RESEPT

Praline resepti - FOTO RESEPT

Praline resepti - FOTO RESEPT

Praline resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kürəcik, halına, şərbəti, qarışdırın, əlavə, sonra, gələnədək, Şəkər, badamı, barmaqlarınızla, bişirin, töküb, götürüb, Badamı, şəkər, örtəcək, tamamilə, qəhvəyi, alanadək, yağlanmış
BİZİ İZLƏYİN