• Trəliçə şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 047

Tarix : 30-07-2016, 09:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
Pandispanyası üçün:

4 ədəd otaq temperaturunda yumurta,
1 stəkan şəkər tozu,
1 stəkan un,
1 paket qabartma tozu,
1 paket vanilin,
1 çimdik duz.

Şərbəti üçün:
3 stəkan süd,
1 paket krema,
5 yemək qaşığı şəkər tozu,

Karamel sousu üçün:
1 paket krema
5 yemək qaşığı şəkər tozu.
1 yemək q aşığı kərə yağı,

Hazırlanması:
1. Əvvəlcə tirəliçənin kremasını hazırlayın.
2. Bunun üçün şəkəri bir qazana alın və vam odda rəngi qəhvəyi rəng olana qədər gözlədin.
3. Krema və kərə yağını da əlavə edin və qatılaşan şəkərin qaynayaraq əriməsini gözləyin.
4. Qatılaşan kimi ocaqdan alın və soyumağa buraxın.
5. Pandispanyası için yumurtanın sarı və ağlarını ayrı -ayrı qablara yığın.
6. Yumurtanın ağına bir çimdik duz əlavə edin və köpüklənib ağarana qədər mikser ilə 5 dəqiqəyə qədər çırpın.
7. Yumurtanın sarısına isə şəkər əlavə edərək yenə 5 dəqiqəyə yaxın, yəni, şəkər əriyənə qədər çırpın.
8. Unu, qabartma tozu və vanilini ələkdən keçirdərək yumurta sarılarına əlavə edin.
9. Mİkser istifadə etmədən bir qaşıq yardımı ilə yaxşı-yaxşı qarışdırın
10. Krema halina gəlmiş yumurta ağını xəmirə əlavə edin və yenə spatula ilə qarışdırıb xəmirə əlavə edərək möhkəm qarışdırın.
11. Bu işləmi altdan üsttə hərəkətlər edtdirərək yerinə yetirin ki, havası tamamən çıxmasın.
12. Hazır xəmiri fırın sinisinə tökün.
13. Həmin sinini soyuq fırına qoyun və fırının temperaturunu 175 dərəcəyə ayarlayın.
14. 30 dəqiqəyə yaxın fırının qapağını açmadan bişirin.
15. Keks bişdiyi müddətdə isə şərbətini hazırlayın.
16. Bunun üçün kiçik bir qazana südü, şəkər tozunu, kremi alın.
17. Qaynatmadan qızdırın və ocaqdan alın.
18. Qarışdıraraq həm şəkərin əriməsinə, həm də soyumasına çalışın.
19. Hazır pandispaniyanı ocaqdan alın və 5 dəqiqəyə yaxın gözləyin.
20. Üzərini kürdanla deşin və ilınmış şərbəti tirəliçənin üzərinə tökün.
21. Bu vəziyyətdə 1 saata yaxın tirəliçəni gözləyin.
22. Soyuyandan sonra karamelini tökün və hazır tirəliçəni soyuducuya qoyun.
23. 3-4 saata yaxın daha gözləyin.
24. Arzuya görə krem şanti ilə də bəzəyə bilərsiniz.
25. Tirəliçəni dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: qaynayaraq, şəkər, əlavə, yaxın, qədər, gözləyin, paket, dəqiqəyə, yemək, tökün, ocaqdan, stəkan, yumurta, tirəliçəni, edərək, xəmirə, Krema, fırının, yaxşı, Yumurtanın, çırpın
BİZİ İZLƏYİN