• Almalı paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 14 909

Tarix : 30-07-2016, 17:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 paket paxlavalıq yuxa,
2 ədəd ama rəndəsi,
100 qr döyülmüş qoz,
100 q kərə yağı,
50 q şəkə,
Yarım çay qaşığı darçın,
50 qr bal,
150 qr qaymaq,

Hazırlanması:
Almalı paxlava hazırlamaq üçün əvvəlcə almaları təmiz yuyub suyunu silin.
Hazırladığınız almaları rəndədən keçirdin.
Almalı paxlava hazırlamaq üçün rəndələdiyiniz almaların içinə 1 çay qaşığı kərə yağı, 50 q şəkər əlavə edərək 7-8 dəqiqə qədər bişirin.
Almalı paxlava bişənə yaxın içərisinə döyülmüş qoz ləpəsi əlavə edin.
Yarım çay qaşığı qədər toz darçın əlavə edərək soyumağa qoyun.
Paxlava üçün olan yuxaları istifadə edərkən çalışın nəmli olsunlar çünki quru olanda cox tez qırıla bilər.
15 sm enində və dördkünc şəklində kəsib hazırladığınız 20 ədət yuxanın üzərinə bir bez örtərək bir kənara dincəlməyə qoyun.
Bir tavada kərə yağının qalan hissəsini (75 qr-a qədərini ) əridin.
İki yuxa yarpağının arasına əvvəlcə əritdiyiniz kərə yağını fırça yardımı ilə sürtün.
Yenə hazırlamış olduğunuz alma və qoz içini 15 sm enində paxlava yuxalarının içinə sosis şəklində incə-incə yığın və hazırladığınız yuxaları siqara börəyi kimi rulon hazırlayın.
Yuxaların içinə almanı çox qoymayın ki, tökülməsinı.
180 dərəcə qızdırılmış fırında bişirin.
Bişmə sürəsi 20-25 dəqiqə olacaqdır.
Paxlavaların rəngi azca qızarmış olsun.
Fırından isti-isti çıxartdığınız bu paxlavalara fırçanın köməyi ilə bol bal sürtün və servis edə bilərsiniz.
Bundan başqa almalı paxlavanın üzərinə qaynaq da qoyaraq servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: paxlava, içinə, qaşığı, əlavə, Almalı, edərək, dəqiqə, bişirin, qədər, qoyun, yuxaları, servis, bilərsiniz, olsun, sürtün, şəklində, üzərinə, enində, hazırladığınız, döyülmüş
BİZİ İZLƏYİN