• Qaraquş resepti

Reseptin məlumatları Baxış sayı: 11664

Tarix : 23.08.2016, 14:00

Bölmə : Şirniyyatlar » Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10




Tərkibi:
3 st. un
1 yumurta
1 armudu st. qatıq
0,5 armudu st. bitki yağı
0,5 armudu st. su
1 ç.q. duz
1 ç.q. qabartma tozu

yaymaq üçün:
nişasta

şərbət:
2.5 st. şəkər tozu
3.5 st su
0,5 limonun şirəsi

iç:
1 st. iri doğranmış qoz
2-3 x.q. şəkər tozu
1 ç.q. darçın

qızartmaq üçün:
bitki yağı

üzərinə:
iri çəkilmiş qoz ləpəsi

Hazırlanması:
Xəmir üçün lazım olan ərzağı dərin qabda yoğurun. Üzərinə dəsmal çəkib 30 dəqiqə saxlayın.
Şərbət hazırlayın: Şəkər tozu ilə suyu qaynadın, limon şirəsini əlavə edib ocaqdan götürün.
İç: qoz, şəkər tozu və darçını qarışdırın.
Xəmiri 6 bərabər yerə bölün. Nişastanın köməyilə çox nazik yayın. Yaydığınız xəmiri ortadan iki bölün. Bir kənarını 10 sm qədər içəri qatlayın. Qatladığınız yerə bir-birindən 5 sm aralı olmaqla iç qoyun. Yuxanın sərbəst hissəsini üzərinə qatlayın. Aradakı iç olmayan yerlərdən əlinizlə basıb yapışdırın. Həmin yerlərdən bıçaqla kəsib bir-birindən ayırın.
Xəmirlə iç bitənə qədər prosesi təkrarlayın. Bitki yağını hündür qazanda qızdırıb hazırladığınız xəmirləri qızardın. Qızaran kimi də şərbətə salıb bir neçə dəqiqə saxlayın, çıxarıb boşqaba düzün.
Süfrəyə ilıq verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: armudu, şəkər, qədər, bölün, üzərinə, saxlayın, birindən, bitki, dəqiqə, qatlayın, yerlərdən, əlinizlə, basıb, bıçaqla, kəsib, olmayan, Həmin, yapışdırın, Yuxanın, aaralı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN