• Kakaolu rəvani resepti

Reseptin məlumatları Baxış sayı: 14 247

Tarix : 23-08-2016, 21:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
200 q şəkər tozu
65 q mannı
245 q un
1 qəhvə fincanı ərinmiş kərə yağı
1 st. qatıq
0,5 st. çəkilmiş qoz
1 paket vanil
1 paket qabartma tozu
3 x.q. kakao

şərbət:
3 st. şəkər tozu
4 st. su
1 ç.q. limon şirəsi

Hazırlanması:
Şərbət üçün su ilə şəkər tozunu orta itilikli ocaqda qaynadın. Bir neçə dəqiqə qaynadıqdan sonra limon şirəsini əlavə edib ocaqdan götürün, soyudun.
Sobanı 180 dərəcə qızdırın.
Kərə yağı, qatıq, yumurta, şəkər tozu və vanili mikserlə 6-7 dəqiqə çalın. Mannı, un, qabartma tozu və kakaonu əlavə edib qaşıqla qarışdırın. Xəmiri yağlanmış formaya töküb sobada 35-40 dəqiqə bişirin.
Sobadan çıxarın. 1 dəqiqə sonra soyuq şərbəti üzərinə gəzdirin. 1 saat sonra doğrayıb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, sonra, qabartma, əlavə, limon, yumurta, paket, qatıq, Xəmiri, mikserlə, çalın, yağlanmış, qarışdırın, qaşıqla, kakaonu, formaya, Mannı, bişirin, gəzdirin
BİZİ İZLƏYİN