• Umac halvası resepti

Reseptin məlumatları Baxış sayı: 36 026

Tarix : 25-07-2014, 02:07

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
un — 1 kq.
kərə yağı — 0,5 kq.
duz — 1 çimdik
darçın — 1 ç.q

Şərbəti üçün:
su — 3 stəkan
şəkər tozu — 1 kq.
sarıkök və ya zəfəran

Hazırlanması:
Una su çiləməklə umac edin. Umacı aşsüzəndən keçirib süfrəyə sərin, ələnən una yenidən su çiləyib prosesi un bitənədək təkrarlayın. Hazır umacı arada qarışdırmaq şərtilə 4-5 saat qurudun.

İri tavada yağla umacı fasiləsiz qarışdıra-qarışdıra qızılı rəng alana kimi vam odda qovurun. Duz əlavə edin.

Şərbətin hazırlanması:
Suya şəkər tozu və zəfəran (sarıkök) əlavə edib tam həll olunana kimi qızdırın.

Halvanın hazır olub olmamasını yoxlamaq üçün kənarda bir çay qaşığı qovrulmuş umacın üzərinə qaynar şərbət əlavə edin. Qabarcıqlar əmələ gələrsə halva hazırdır. Qarışdırmağı saxlamadan ehtiyatla qaynar şərbəti 2 dəfəyə halvanın üzərinə əlavə edin. Tam həll olunana kimi qarışdırıb oddan götürün. Qablara çəkib darçınla bəzəyin. Süfrəyə verməmişdən qabaq halvaya qaşıqla forma verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdıra, umacı, üzərinə, qaynar, zəfəran, olunana, sarıkök, şəkər, hazırdır, halva, Qarışdırmağı, saxlamadan, ehtiyatla, gələrsə, şərbəti, Qabarcıqlar, umacın, qovrulmuş, qaşığı
BİZİ İZLƏYİN