• Xurmacıq şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 358

Tarix : 15-02-2017, 14:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
1 su stəkanı duru yağ
1 su stəkanı şəkər
1 su stəkanı qatıq
1 ədəd yumurta (ağı içinə, sarısı üzərinə )
1 paket qabartma tozu
1 paket vanil
Aldığı qədər Un

Şərbəti üçün:
4 su stəkanı su
3 su stəkanı şəkər
3-4 damcı limon suyu

Hazırlanması:
Bütün duru ərzaqlar bir qabın içinə qoyulur.Qarışdırılır.
Qarışımın içinə qabartma tozunu, vanili əlavə edirik.
Yavaş yavaş unu əlavə edərək yoğurmağa davam edək.
Qoz böyüklüyündə hissələrə ayırıb əlimizdə dairə formasını verib soba qabına düzək.
Üzərinə yumurta sarısını sürtək.
175 dərəcəlik sobada üzəri qızarana qədər bişirin.
Qurabiyələr bişərkən şərbəti hazırlayaq.
Su və şəkər tozunu qazana əlavə edib qaynadın, qaynara düşdük də limon suyunu içərisinə əlavə edin.
Qurabiyələr bişdikdən sonra ilıq şərbəti əlavə edin 3-4 saat saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkanı, içinə, paket, əlavə, qədər, qabartma, şəkər, yumurta, düzək, Üzərinə, sarısını, sürtək, qabına, ayırıb, dairə, dərəcəlik, formasını, verib, əlimizdə, Qurabiyələr
BİZİ İZLƏYİN