• Çak-çak resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 52 359

Tarix : 18-08-2014, 12:00

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
350-400 q un
1/3 ç.q. duz
0,5 ç.q. soda
1 st. bal
1 st. şəkər tozu
badam və ya qoz (bəzək üçün)
1 l bitki yağı (qovurmaq üçün)

* Ərzaq 24-26 sm ölçülü qab üçün nəzərdə tutulub.

Hazırlanması:
Masanın üstünə unu ələyin, ortasında çuxur açın. Yumurtanı duz və sodayla çalın. Una az-az əlavə edərək xəmir yoğurun. Xəmir ələ yapışmamalı, bərk olmalıdır (yəni un bir qədər artıq tələb oluna bilər).
Çak-çak resepti - FOTO RESEPT

Çak-çak resepti - FOTO RESEPT


Xəmiri paketə qoyub 15-20 dəqiqə saxlayın.

İki yerə bölün. Hər birini un səpilmiş masada nazik yayın.

Bunları 10-15 dəqiqə, yelçəkən olmayan yerdə saxlayın ki, bir az qurusunlar. Amma çox qurutmayın, kəsəndə dağılar.

Yaydığınız lavaşları 5 sm enində şəridlərə bölün. Şəridləri aralarına un səpməklə yarıya bölün, sonra üst-üstə qoyun.
Çak-çak resepti - FOTO RESEPT


Nazik əriştələr kəsin, aralayaraq masaya səpələyin.

Qazanda bitki yağını qızdırın. Xırda-xırda hissələrlə (təxminən bir ovuc) orta itilikli odda əriştələri qovurun. Təxminən 1-2 dəqiqə, bir-iki dəfə qarışdıraraq qovurun. Bir az qızılı rəngə çalan kimi kəfkirlə çıxarın, kağız salfetin üzərinə düzün. Əriştəni çox qovurmayın, o, açıq-qızılı rəngdə olmalıdır.
Çak-çak resepti - FOTO RESEPT


Şərbət hazırlayın.

Quru, dibi qalın qazana 1 st. bal və 1 st. şəkər tökün. Qızdırın, daim qarışdıraraq qaynamasını gözləyin. Qaynara düşəndən sonra 3 dəqiqə bişirin, ocaqdan götürün.

Kəfkirə badam (qoz) yığıb qaynar bala salın və çıxarıb başqa qaba yığın (bəzək üçün gərək olacaq).
Çak-çak resepti - FOTO RESEPT


Əriştələri bir qaba yığın, üzərinə isti şərbəti tökün, ehtiyatla taxta qaşıqla, sonra isə əllərinizi soyuq suda isladaraq qarışdırın.
Çak-çak resepti - FOTO RESEPT


Çalışın, əriştələri sındırmayasınız, həmçinin əlinizi də gözləyin, yanmasın.

Çak-çakı qoyacağınız boşqaba soyuq su səpin. Şərbət soyumamış çak-çakı təpələmə içinə qoyun. Bu zaman tələsin, çünki tez bərkiyir, həmçinin əlinizlə də çox sıxmayın, sına bilər.
Çak-çak resepti - FOTO RESEPT


Dərhal da üzərini badamla (qozla) bəzəyin. Həmçinin kişmiş, bəzəkli konfetlər və s. ilə də bəzəyə bilərsiniz.
Çak-çak resepti - FOTO RESEPT


Hazır çak-çakı bir gün dolabda saxlayın. Onda dadı daha qəşəng olur. Çak-çak 1-2 həftə dolabda xarab olmadan qala bilər, amma bu zaman üzərinə qida plyonkası çəkməyi unutmayın (quruduqdan sonra).
Çak-çak resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bərkiyir, sonra, dəqiqə, bölün, saxlayın, bilər, üzərinə, soyuq, yığın, həmçinin, zaman, dolabda, qoyun, əriştələri, Şərbət, tökün, olmalıdır, qızılı, qovurun, gözləyin, qarışdıraraq
BİZİ İZLƏYİN