• Paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 11286

Tarix : 25.02.2017, 17:00

Bölmə : Şərbətli şirniyyatlar, Xəmir işləri, Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Mayalı məhlul:
Süd 1/3 Stəkan ilıq
Un 1 ç.q
Quru maya 1 ç.q
Şəkər tozu 1 ç.q

Xəmir:
Un 500 q
Duz 1 ç.q
Vanil 1 ç.q
Yumurta sarısı 1 Ədəd
Kərə yağı 125 q əridilmiş
Xama 150 q

İçlik üçün:
Qoz 600 q
Şəkər tozu 480 q
Hil 10 q
Kərə yağı 150 q əridilmiş

Şirə üçün:
Şəkər tozu 1 Stəkan
Su 1/2 Stəkan
Zəfəran dəmi 50 ml

Hazırlanması:
İlıq südə un, quru maya və şəkər tozu əlavə edib qarışdırmaq. Məhlulu 10 dəq. isti yerdə saxlamaq lazımdır.

500 q una duz, vanil, yumurta sarısı, yağ, xama və mayalı məhlulu qatıb yumşaq xəmir yoğurmaq lazımdır.

İçlik üçün qoza şəkər tozu və hill əlavə edib qarışdırmaq lazımdır. Başqa bir qabda kərə yağını əritmək lazımdır

Xəmiri 11 hissəyə bölmək lazımdır. Paxlavanın üst və alt qatını nisbətən iri kündələrdən yaymaq lazımdır.

Hər layı yağlamaq və qoz səpmək.

Hazır paxlavanı romb şəklində doğramaq, üzərinə zəfəran dəmi çəkmək və qozla bəzəmək.

Paxlava 180 dərəcə qızdırılmış sobada 45 dəq. ərzində bişirilməlidir.

Şirə üçün su və zəvəran dəmi ilə şəkər tozunu qarışdırıb 5 dəq. qaynatmaq.

Hazır paxlavanın üzərinə şirəni qəzdirib daha 10 dəq. sobada saxlamaq.

Soyuyandan sonra masaya vermək olar.

Nuş olsun!

Etiketlər: lazımdır, Şəkər, şəkər, Stəkan, əlavə, sobada, üzərinə, saxlamaq, İçlik, qarışdırmaq, sarısı, Hazır, əridilmiş, bəzəmək, Paxlava, dərəcə, qızdırılmış, qozla, səpmək, şəklində
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN