• Karamel rəvani resepti

Reseptin məlumatları Baxış sayı: 3197

Tarix : 12.03.2017, 17:00

Bölmə : Şərbətli şirniyyatlar, Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
3 ədəd yumurta,
1 su stəkanı şəkərtozu,
1 su stəkanı qatıq,
3 su stəkanı manna yarması,
1,5 su stəkanı un,
1 paket vanil,
1 paket qabartma tozu,
Yarım su stəkanı duru yağ

Şərbəti üçün:
3 su stəkanı su,
3 su stəkanı şəkər,
1 ədəd limon suyu.

Hazırlanması:
Süd ilə yarmanı bir qabda qarışdırıb kənara alın. Bir başqa dərin qabda yumurta ilə şəkərtozunu köpüklənənə qədər çırpın. Sonra duru yağı əlavə edin. Çırpmağa davam edərək qatığını, ununu, qabartma tozu və vanilini əlavə edin. Ən son südlü yarma qarışığını da əlavə edərək son dəfə çırpın. Bir soba qabına tökərək 175 dərəcə sobada üstü qızarana qədər bişirin. Şərbəti üçün isə şəkərtozunu bir qazana tökün və qatılaşana qədər qarışdırın. Sonra diqqətlə suyunu əlavə edin və tamamilə hell olana qədər qaynadın. Ən son limonunu tökün. İlıq xəmirə soyuq şərbəti tökün. Artıq karamel rəvaniniz hazırdır.

Nuş olsun!

Etiketlər: stəkanı, qədər, əlavə, tökün, qabda, edərək, çırpın, şəkərtozunu, Şərbəti, Sonra, yumurta, qabartma, paket, sobada, dərəcə, qızarana, bişirin, qazana, qarışdırın, qatılaşana
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Antikvar
İki gündü bayrama paxlava, şəkərbura bişirməkdən həlak oldum) Sabahda qoğal bişirməliyəm, hələki belə şirniyyatlar bayramdan sonra baxılmalıdı, indi evdə o qədər şirniyyat var ki, heç iştah açıcı deyil) Əvvəllər bişirərdim Rəvani amma dəqiq yadımda deyil resept yuxarıdakı kimiyiydi ya yox, amma qaynanam, qaynatam çox bəyənmişdi. Bişirmək fikrinı düşsəm bu reseptidə yoxlamağa dəyər.Təşəkkürlər.
12 mart 2017 18:44
1
BİZİ İZLƏYİN




Yandex.Metrica